Ordan-Burdan » İş mühitiniz xarakterinizi ələ verir
Tarix : 2017-01-05 11:48:28 | Baxılıb : 414
Font Ölçüsü:   |  

Ofislərdə istifadə olunan rənglər, ofis mebellərinin düzülüş şəkli, çalışma masalarının dizaynı, işçilərin masalarında istifadə etdikləri əşyalar həm işçinin şəxsiyyətini həm də o şirkətin iş fəaliyyəti ilə əlaqədar əhəmiyyətli ipucları verir.

Təxirə salmağı sevənlərin masaları nizamsızdır: Onlar, masasında sənədləri və əşyaları dağınıq olanlar, qərarlarını hərəkətlərini tez-tez təxirə salanlar, iş tez həll olsun stressi ilə plansız hərəkət edən işçilərdir. Sənədləri və faylları masasının üzərində yığcam duranlar isə sürətli qərar verən, işlərini təxirə salmayan , planlı işi sevən işçilərdir.

Əşyası az olan ofislərin məhsuldarlığı daha yüksəkdır: İş mühitini mümkün olduğu qədər sadə saxlayan İnsanlar, işinə fokuslanmağı sevən, yüksək məhsuldarlığa malik insanlardır. Çox əşyalı bir iş sahəsinə sahib olanlar isə diqqəti dağınıq, zamanı yaxşı istifadə edə bilməyən, nizamsız işçi olaraq qiymətləndirilir. Xerox iş analitikləri, az əşyalı otaqda və ya sahədə işləməyin məhsuldarlıq baxımından daha yaxşı olacağını bildirir.

Ailə fotoşəkilləri ilə xüsusi həyat vurğusu: İş sahəsində ailəsinin və yoldaşlarının fotoşəkillərini saxlayanlar, cəmiyyətə qarşı ailəsinə əhəmiyyət verdiyini və iş xaricində də ictimai bir həyatı olduğunu düşündürmək istəyən İnsanlardır. İş sahəsinə ailə və yoldaş fotoşəkilləri qoymayanlar isə xüsusi həyatını işə daşımaq istəməyən və bu mövzuda mühafizəkar davranan İnsanlar olaraq qiymətləndirilir. Xerox iş analitikləri, fotoşəkillərlə dolu bir mühitin, iş yerində diqqətsizliyə səbəb olduğunu söyləyirlər.

Məntiqli cümlələr quran ideal işçilər: İş mühiti ətrafında ilham verən köklü sözlərdən istifadə edənlər , rol modelləri ilə ideal bir görünüş çəkməyə çalışan insanlar köklü sözlərlə başqalarına mesaj verməyi sevər və rol model aldıqları kəslərin sözlərini bir motivasiya vasitəsi olaraq görərlər. Bu cür köklü sözləri davamlı istifadə edən insanlar eyni zamanda işlərini əskiksiz etmək istəyən, səhv etmək və tənqidi istəməyən insanlardır. Mütəxəssislər iş mühitlərinə köklü sözlərin asılmasının,işçilərin motivasiyasınına müsbət təsir etdiyini ifadə edir.

Musiqi dinləyənlər: İşçilər musiqini bəzən işə diqqəti cəmləşdirmək üçün və ofisdəki digər səsləri boğmaq üçün istifadə edirlər. Ayrıca iş görərkən musiqi dinləyənlər "darıxdırıcı" gördükləri işləri əyləncəli vəziyyətə gətirməyə, stresslərini azaltmağa çalışırlar. Araşdırmalar işçilərin 61%-nin iş görərkən musiqi dinlədiyini, klassik musiqinin də diqqəti cəmləşdirən və məhsuldarlığı təmin edən ən yaxşı musiqi növü olduğunu göstərir. Ancaq yüksək səslə musiqi dinləyənlər iş yoldaşlarından reaksiya görə bilər və digər işçilərin diqqətini dağıda bilərlər.