Ordan-Burdan » İsveçdə öskürən bilbord yaradılıb
Tarix : 2017-01-11 11:23:32 | Baxılıb : 490
Font Ölçüsü:   |  

“Apotek Hjärtat” İsveç apteklər şəbəkəsi siqaret çəkməklə mübarizəyə yönəlmiş qeyri-adi reklam aksiyasını həyata keçirib. Aksiya çərçivəsində Stokholmda siqaret tüstüsünü tanıya bilən və siqaret çəkən insanın yaxınlaşdığı zaman öskürən bilbordlar yaradılıb.

Bilbord tütün tüstüsünün detektoru ilə təchiz edilmişdir ki, yandırılmış siqaretlə ona yaxınlaşan zaman reklam lövhəsində təsvir edilmiş kişi öskürməyə başlayır. Sonra lövhədə, çəkən insana zərərli vərdişi atmağa kömək edə biləcək müxtəlif dərman preparatlarının təsviri görünür.

Bundan başqa, kişi bu sözlərlə tamaşaçılara müraciət edir: "Biz - "Ürək" İsveç aptekiyik. Bizim missiyamız - sizə daha uzun və sağlam həyat yaşamağa kömək etməkdir". "Mən sizə Yeni il dövründə yeni, daha sağlam vərdişləri əldə etməyə kömək etmək üçün buradayam", - deyə reklamın qəhrəmanı izah edir.

Çöl reklamı siqaret çəkənləri Yeni ildə zərərli vərdişdən qurtarmağa çağıran əczaçılıq şirkətinin yeni il təşəbbüsü çərçivəsində buraxılmışdı.

Bu bölməyə aid digər xəbərlər.