Ordan-Burdan » KFC Türkiyə'dən yeni reklam filmi
Tarix : 2017-08-09 12:09:36 | Baxılıb : 271
Font Ölçüsü:   |  

KFC bu dəfə tək yemək yeməyi sevməyən gənclərə KFC həzzinin paylaşdıqca artdığı mesajını “Dost canlı barmaqlara layiq olduğu azadlığı ver” şüarı ilə çatdırıb.

KFC sevərlərin ən çox seçdiyi 1 nəfərlik Xtreme Basketin 2 nəfərlik səbət seçimi Xtreme Basket üçün hazırlanmış yeni reklam filmi ilə təqdim olunub. Film,11 gizli ədviyyat və 100% təbii toyuq əti ilə peşəkər aşpazlar tərəfindən hazırlanmış Xtreme Basketin qarşısında tək yemək yeyən gənc bir qızın kədərli anları ilə başlayır.

Yeməyini tək yemək istəməyən qızın sosial mediada canlı yayım edərək dostlarına KFC Xtreme Basketi göstərməsi ilə gedişi dəyişən reklamda, misilsiz KFC ləzzətlərinə qarşı dura bilməyən gənclər restorana gəlməyə başlayır. Uzun bir masada Xtreme Basketi bölüşən dostların əyləncəli anları ilə bitən reklam filmində “Dost canlı barmaqlara layiq olduğu azadlığı ver” mesajı vurğulanır.

Mənbə: marketingturkiye

Bu bölməyə aid digər xəbərlər.