Ordan-Burdan » Kontaktsız plakatlar "uşaq kəpənəklər"ə kömək üçün vəsait toplayır
Tarix : 2017-02-02 13:33:26 | Baxılıb : 703
Font Ölçüsü:   |  

Moskva və Sankt-Peterburqda toxunmadan ianə etmək mümkün ola bilən ağıllı posterlər yaradıldı.

"B.E.L.A. Uşaq-kəpənəklər" xeyriyyə fondu Mastercard və "Sitibank"ın dəstəyi ilə “Toxunmadan kömək et” adlı layihə buraxıb. Kampaniya Leo Burnett Moscow yaradıcı agentliyi tərəfindən hazırlanmışdır. Yığılmış vasitlər Epidermolizis bülloza ilə doğulmuş uşaqların yardımına sərf olunacaq. Xəstəlik uşağın dərisini o qədər həssas edir ki, istənilən toxunuş ona ağrı verir. Xəstəliyin tam müalicəsi hələ mövcud deyil.

Xeyriyyə kampaniyası üçün xüsusi olaraq kontaktsız ödəniş texnologiyasına malik unikal posterlər yaradılmışdır. İanə etmək çox asandır: posterə öz bank kartını və ya istənilən başqa ödəmə qurğusunu (məsələn, smartfon) yaxınlaşdırmaq lazımdır və 100 rubl məbləğində vəsait dərhal fondun hesabına daxil olur.