Buna bir ad ver » “LADA”dan yeni reklam çarxı: Həyata hə de! - VİDEO
Tarix : 2017-11-01 16:47:00 | Baxılıb : 183
Font Ölçüsü:   |  

FUEL (ADWISE) qrupu və LADA markası yeni “LADA Vesta SW Cross” modeli üçün reklam çarxı hazırlayıblar.

Facemark.az advertology.ru-ya istinadən xəbər verir ki, yeni reklam çarxı 23 oktyabr 2017-ci ildə genişmiqyaslı federal kampaniya çərçivəsində bazara təqdim edilib. Reklam çarxının şüarı isə belə adlanır : Bəli, həyata hə de!”

Yeni reklam çarxının əsas fikri isə qısaca belədir: Həyat o insanlara açıqdır ki, onlar cəsarətlə hə deyə bilir.

Reklam çarxında iki qəhrəmanın həyat tarixləri paralel inkişaf edir, onlardan hər biri isə müstəqil olaraq həyatlarında nəyi isə dəyişdirmək istəyirlər və səyahətə çıxırlar.

Qəhrəmanların yolları kəsişdikdə isə onların həyatında yeniliklər baş verir.

“LADA Vesta SW Cross” insanlara o mesajı çatdırır ki, onlar aktiv həyat keçirsinlər və bütün yeniliklərə açıq olsunlar.

FUEL (ADWISE) şirkətinin “LADA” ilə birlikdə müxtəlif illərdə çəkdikləri reklam çarxlarını təqdim edirik.

Bu bölməyə aid digər xəbərlər.