digimark » “LinkedIn” sosial şəbəkəsinin auditoriyası 500 milyona çatıb
Tarix : 2017-04-27 11:29:11 | Baxılıb : 460
Font Ölçüsü:   |  

LinkedIn blogunda etdiyi şərhlə 500 milyon istifadəçiyə çatdığını açıqladı. Verilən məlumata görə, hazırda sosial şəbəkədə 200 ölkədən qeydiyyatdan keçmiş istifadəçi var. Digər məlumatlara baxdığımızda isə belə bir nəticə qarşımıza çıxır: LinkedIn-də 10 milyondan çox aktiv iş elanı mövcuddur.

İstifadəçilər bununla birlikdə 9 milyon firmaya çata bilir. Sosial şəbəkənin diqqət çəkən digər istiqaməti də, professionallara istiqamətli məqalələr yayımlamasıdır. Buna görə, LinkedIn-də hər həftə 100 mindən çox məqalə paylaşılır.

2002-ci ildə Reid Hoffman tərəfindən əsası qoyulan "LinkedIn" , 13 İyun 2016-ci ildə Microsoft tərəfindən 26.2 milyard dollara alınmışdı. Sosial şəbəkə Mart 2011-ci ildə 100, Yanvar 2013-cü ildə 200, Aprel 2014-cü ildə 300 və oktyabr 2015-ci ildə 400 milyon istifadəçi qazandı.

Bu bölməyə aid digər xəbərlər.