Partnyorlar » Lvovda WOW DONE AWARDS 2017-də görüşürük!
Tarix : 2017-02-13 10:16:23 | Baxılıb : 515
Font Ölçüsü:   |  

24-25 Mart Lvov şəhərində beynəlxalq marketinq və rəqəmsal kommunikasiya festivalı WOW DONE AWARDS 2017 tədbiri keçiriləcək.

WOW DONE AWARDS 2017 tədbirinin keçiriləcəyi məkan Lvov-un pivə tarixinin mədəni-muzey kompleksidir. “Lvivarnya” adlandırılan muzey kompleksinin yaradıcıları onun muzeydən daha artıq məna ifadə etdiyini bildirirlər. Belə ki, burada pivənin yaranmasının tarixinə toxunmaq mümkündür.

2 günlük proqrama həm marketinq kommunikasiyaları mövzusunda təcrübə mübadiləsi, həm də WOW DONE AWARDS 2017 qaliblərinin mükafatlandırılması mərasimi və axşam proqramı daxildir.

Beləliklə, iştirakçılar peşəkar təcrübə mübadiləsi etməklə yanaşı, həm də “Lvivarnya”da müxtəlif sort pivələri dadmış olacaqlar. Axşam proqramı isə tədbirin tərəfdaşı http://www.fest.lviv.ua/ iFest tərəfindən təşkil ediləcək. 24 mart açılış Pravda adlanan pivə teatrında keçiriləcək. Mükafatlandırmadan sonrakı tədbir isə, sir kimi saxlanılır. Əmin ola bilərsiniz ki, Sizi çox xoş sürpriz gözləyir.

Qeyd edək ki, WOW DONE AWARDS 2017 özündə 3 əsas istiqaməti birləşdirir: marketinq disiplini, rəqəmsal və sənaye. Müsabiqəyə 24 Fevraladək işlər qəbul edilir.

İndi işləri göndərmək, Lvova və tədbirə bilet almaq üçün əlverişli vaxtdır.

Festival Rusiya və Ukraynanın 2016/2017 sezonunda kreativ və ustalıq üzrə 1.5 koeffisenti ilə qiymətləndirilir.

Tədbir Beynəlxalq Marketinq Assosiasiyası (МАМИ) və Ukraynanın reklam birliyi (UDAC) ilə birgə keçirilir. Daha ətraflı məlumatı non-media.com saytında əldə edə bilərsiniz.

festival@vrk.org.ua (Катерина Грабовская) mail ünvanına yazaraq və ya +38 044 490 90 30 nömrəsilə əlaqə saxlayaraq suallarınıza cavab tapa bilərsiniz.

24-25 Mart Lvov-da görüşənədək!

Bu bölməyə aid digər xəbərlər.