bu işdə bir niş var » Mağazada paltar sınağına son!
Tarix : 2011-11-25 00:00:00 | Baxılıb : 4510
Font Ölçüsü:   |  

Rus şirkətlərindən biri \'virtual soyunma otağı\' adlı bir cihaz kəşf edib. Verilən xəbərə görə cihaz, bir geyimin üç ölçülü görünüşünü ekranının qarşısında dayanan müştərinin üzərinə əks etdirir. Müştəri ekrana baxdığında paltar sanki üzərindəymiş kimi görünür. Üstəlik müştərilər, hərəkət etmələrinə lüzum olmadan, yalnız ekran üzərindəki düymələrə toxunaraq başqa paltarlar seçə biləcək.

\"\"Moskvada ilk dəfə Top Shop mağazasında sınanan texnologiyanın başqa mağazalara və ölkələrə yayılması gözlənilir. “AR Door” adlı şirkət, cihazı inkişaf etdirmək üçün bir güzgünü xatırladan böyük bir ekrana bağlanan, Kinect hərəkət sensor texnologiyasına sahib Xbox 360 konsolundan faydalanaraq, bir oyun proqramı istifadə etdi. Kinect kamera müştərinin hərəkətlərini izləyir və arxalarını döndüyündə paltarın arxadan necə göründüyünü də göstərir. Bu yaxınlarda Yapon Shiseido şirkəti, \'Sehrli Güzgü\' adlı bir virtual makiyaj güzgüsünü bazara çıxarmışdı. Güzgü, saniyələr içində adamı tamamilə makiyajlı göstərir və düymələr köməyilə fərqli kosmetik məhsullarının heç istifadə olunmadan belə, müştərinin üzündə necə görünəcəyini göstərir.