bu işdə bir niş var » Maliyyə Bazarlarına Nəzarət Palatasından banklara dair hesabat
Tarix : 2017-11-03 18:16:00 | Baxılıb : 61
Font Ölçüsü:   |  

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 mlrd. 163,6 mln. manat, cəmi öhdəlikləri isə 23,145 mlrd. manat təşkil edib.


Maliyyə Bazarlarına Nəzarət Palatasından Facemark.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 18,6 mln. manat olub.

Hesabat dövrünə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manatdır.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2486-dır.



Bütövlükdə, bank sektorunun işçi heyəti 16340 nəfər təşkil edib.

Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

Bu bölməyə aid digər xəbərlər.