Ordan-Burdan » Maraqlı Starbucks qabları
Tarix : 2017-10-20 19:32:49 | Baxılıb : 357
Font Ölçüsü:   |  

Hər gün aldığımız və ya işlətdiyimiz məhsulların logolarına daha yaxından baxmağı heç düşünmüsünüzmü?

İstehsalçı şirkətlər, insanların yaddaşlarına həkk olmuş bir xarakter və şəkil ilə öz brendlərini istehlakçıların yaddaşında qalmağa çalışır. Biz isə logoyu gördükdə o məhsulu rahatlıqla və inamla ala bilirik. Brendlərin logoları, simvolları istehlakçıların üstündə məhsulların nə dərəcədə keyfiyyətli olduğunu göstərir. Onlarla kofe çeşidi və rahat bir çalışma mühitinin təqdim edildiyi Starbucks’ın logosunun mənası da bir o qədər maraqlıdır. Starbucks, yaşıl dəniz qızı logosunu yunan mifologiyasındakı ‘Siren’dən alıb. Sirenlər, mifologiyada dənizçiləri aldadıb, öldürən təhlükəli varlıqlar olaraq qarşımıza çıxırlar.

Demək olar ki, hər gün alış-veriş etdiyimiz markaların logoları bizə nə qədər öyrəşilmiş gəlsə də, yaratmağı sevən, fərqli perspektivdən baxa bilən sənətkarlar üçün çox da elə görünmür.

Bu bölməyə aid digər xəbərlər.