digimark » Mark Zuckerberg 10 ən qeyri-adi fikirləri
Tarix : 2017-11-09 15:08:00 | Baxılıb : 200
Font Ölçüsü:   |  

Facemark.az “Facebook”un yaradıcısının 10 ən qeyri-adi fikirlərini təqdim edir:

- Sürətli hərəkət edin və nələrisə pozun. Nəyisə pozmadığınız müddətdə sürətli hərəkət edə bilmirsiniz.

- Əgər indi başlasaydım işləri daha dəyişik edərdim. Silikon Vadisində yaşayanda nəsə eləmək üçün ancaq burda olmalısan kimi bir fikrə düşürsən. Ancaq tək yer bura deyil. Əgər bu gün başlasaydım Bostonda qalardım. Silikon Vadisində rahatsız edən qısa müddətli hədəflərə adaptasiya olursan.

- Xatırlayıram ki, “Facebook”un ilk versiyası yayına alındıqdan sonra, dostlarımın evində pizza yeyirdim və düşünürdük ki, biri həqiqətən də belə bir xidmət təklif etməli idi. Fikirləşirəm ki, bizim uğurlu olmamızın səbəbi bu işə çox önəm verən qrup olmağımız idi.

- Sual insanlar haqqında nə bilmək istəyirik deyil, insanlar özləri haqqında nə danışmaq istəyirdi.

- Ən böyük risk heç bir risk almamaqdır. Sürətlə dəyişən dünyada uğursuz olmaq istəyirsinizsə, risk almayın.

- Hədəf müəyyənləşdirmək və yeni bir iş qurmaq birlikdə həyata keçirilməlidir. Məni hədəflər həyəcanlandırırdı, amma bəri başdan bilirdik ki, bütün bunları birlikdə etməliyik.

- ‘Hacker’ tərzi hər zaman inkişaf tələb edir. Onlara görə nəsə hələ bitməyib, daha yaxşısı hələ qabaqdadır.

- İnsanlar ağıllı və istedadlı ola bilərlər. Əgər bunların fərqində deyillərsə, bu zaman çox çalışmayacaqlar.

- “Facebook”un bir Amerika şirkəti olmasını və amerikan xalqının dəyərlərini paylaşmasını istəmirəm. Bu məsələdə mövqeyim odur ki, bütün insanları düşüncələrini anlaya bilim.

- Məqsədim heç zaman şirkət yaratmaq olmayıb. Bir çox insan düşünür ki, mənim üçün pul və şirkətdən gələn gəlir daha vacibdir. Bu yanlış düşüncədir. Məqsədlərimdən biri odur ki, tək bir hədəfə fokuslanan şirkət olmayaq.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.