Yazırlar » Markaların görünməyən üzü və ya yeyinti sektorunun 10 nəhəngi
Tarix : 2017-03-27 17:52:21 | Baxılıb : 553
Font Ölçüsü:   |  

Qida məhsullarına tələbat insanların ən vacib tələbatı olduğu üçün bu sahə tarix boyu həmişə dövlətlərin xüsusi nəzarətində olmuşdur. Əhalinin qida məhsulları ilə təmin edilməsi baxımından kənd təsərrüfatı bəşəriyyətin ən qədim və ən əhəmiyyətli məşğuliyyət sahəsidir.

Bununla yanaşı gələcəyin super güclərinin qida ilə zəngin ölkələr olacağı da istisna edilmir. Belə ki, 1970-ci ildə ABŞ-da təbii ehtiyatlarla bağlı keçirilmiş konfransda elm adamları; 19-cu əsrin hərbi imperializm, 20-ci əsrin enerji imperializminə çevriləcəyini, 21-ci əsrdə isə qida imperializmi olacağını ifadə edərək, gələcəyin super güclərinin qida ilə zəngin ölkələr olacağını vurğulamışlar (Tarım).

Oxfam International adlı şirkət, bu və buna bənzər mövzularda tədqiqatlar aparır. Bütün dünyada kasıblıq problemini həll üçün çalışdığını ifadə edən Oxfam International, "Behind the Brands" (Markaların Ardında) adlı hesabatında, dünyanın ən böyük və ən təsirli 10 qida firmasını siyahıya almış, firmaların ətraf mühit, işçi hüquqları, iqlim dəyişikliyi kimi mövzularda nələr etdiyini də hesabata daxil etmişdir. Çünki, siyahıda yer alan güclü firmalar, bütün dünyadakı insanların qidalanması və iş şəraiti ilə yanaşı, ətraf mühit üzərində də böyük təsirə sahibdir. Hesabatda olan bəzi məsələlərə nəzər salaq:

Dünya səviyyəsində insanlar hər saniyədə 4.000 fincan Nescafe içir və gündə 1.7 milyard dəfə Coca-Cola məhsullarını istehlak edirlər. Üç şirkət qlobal kakao bazarının 40 %-ni əlində tutur və Nestle 2010-ci ildə gəlirlərini Guatemala və ya Yəmənin ÜDM-dən daha çox olaraq göstərilmişdir.

Belə ki, Associated British Foods (ABF), Coca-Cola, Danone, General Mills, Kellogg, Mars, Mondelez International (Kraft Foods), Nestlé, PepsiCo və Unilever, cəmi gündəlik 1,1 milyard dollardan çox gəlir əldə edirlər. Hər gün milyonlarla insan bu şirkətlərdə birbaşa və dolayı olaraq məhsulların becərilməsi, emalı, paylanması və satılması üçün çalışır. İndiki vaxtda bu şirkətlər, enerji sektorundan da böyük olan və dünya iqtisadiyyatının təxminən 10 %-ni təmsil edən 7 trilyon dollar dəyərində sənayenin bir parçasıdır.

7 milyard qida istehlakçısı və 1,5 milyard qıda istehsalçısının olduğu dünyada sayı 500-dən çox olmayan şirkətlər qida seçiminin 70 %-nə nəzarət edir.

“Böyük 10” olaraq adlandırılan bu şirkətlər qlobal qida sistemində ən çox nəzərə çarpan oyunçulardır və əllərində böyük güc cəmlənmişdir. Ümumilikdə,gündəlik 1,1 milyard dollardan artıq, illik 450 milyard dollardan çox olan gəlirləri, dünyanın aşağı gəlirli ölkələrinin ÜDM-na bərabərdir. “Böyük 10”-un siyasətlərində və proqramlarında kiçik dəyişiklik, bütün dünyada özünü göstərir.

Hesabatda nəzərə çarpan başqa məsələ super marketlərə girdikdə hər birimizin qarşısına çıxan yüzlərlə çeşid qida məhsulları ilə bağlıdır. Taxıl və taxıl məhsulları, ağartı məhsulları, meyvə-tərəvəz və s. başda olmaqla amerikan super marketində 38.000 növdən çox məhsul olduğu hesabatda öz əksini tapmışdır. 1989-cu ildə bir dənə də olsun super marketin olmadığı Çində bu gün super marketdə olan illik alış-veriş 100 milyard dollara çatmışdır.

Ötən il kənd təsərrüfatı və qida sənayesi, 1 milyarddan çox insan üçün iş yeri olmuşdur. Bu da dünyadakı işçi qüvvəsinin 3-də 1-i deməkdir. Xeyli zəngin sektor olan kənd təsərrüfatı və qida sənayesinə təsir edən şirkətlərin sayı isə olduqca azdır. Əslində isə bizim gördüyümüz minlərlə çeşid məhsul cəmi 10 böyük şirkətin markalarıdır:

“Böyük 10” qida şirkətləri haqqında məlumat (OXFAM,2013)

Şirkətin adı Daxil olmalar milyard dollar Reklam xərcləri milyard dollar Gəliri İşçilərin sayı
Associated British Foods PLC 21.1 - 837 milyon dolar 112 min 652
The Coca-Cola Co 46.9 3.0 8.6 milyard dolar 130 min 600
Groupe Danone S.A 29.3 1.2 2 milyard dollar 104 min 642
General Mills, Inc. 17.9 1.1 1.8 milyard dolar 43 min
Kellogg Co. 14.8 1.1 1.8 milyard dollar 30 min 277
Mars, Inc. 33 2.2 60 min
Mondelez International, Inc 35.3 1.9 3.9 milyard dolar 107 min
Nestlé S.A. 103.5 3 11.2 milyard dolar 333 min
PepsiCo Inc. 66.4 2.5 6.7 milyard dolar 274 min
Unilever Group 68.5 7.4 6.7 milyard dolar 174 min 381