Yazırlar » Marketing AİR - iştirakçının dilindən
Tarix : 2016-02-11 15:00:36 | Baxılıb : 659
Font Ölçüsü:   |  

Bildiyiniz kimi, martın birindən etibarən Marketinq AİR praktiki marketinq təlimləri başlayır. Bu günə qədər 7 dəfə keçirilmiş praktiki marketinq təlimlərində 400-ə yaxın mütəxəssis iştirak edib. Marketinq AİR 3 iştirakçısı olaraq mən də fikrimi həmkarlarımla paylaşmaq istəyirəm. Əsas məsələyə keçməzdən öncə deyim ki, treninqi seçəndə detallı incələmək lazımdır. Hər gördüyüm yerdə iştirak etməyi düzgün hesab etmirəm. Gündəlik tək "Facebook"da azı 20-dən çox təlim eventi görürük. Hamısına getmək insanın öz zamanına olan hörmətsizliyidir.

Professional tərəflərinizi inkişaf etdirmək mütləqdir amma bu o demək deyil ki, hər təlimə getməlisiniz. Keçək əsas məsələyə, mən nə üçün "Marketing AİR"i seçdim? "Facebook"da reklamı görəndə mənim iştirakçı tanıdığım olmadığı üçün araşdırmanı özüm etdim. Üstünlüyüm onda idi ki, "MMF2013"də iştirak etmişdim və AİR təsisçiləri haqqında məlumatlı idim. Qısaca təhlilimin nəticəsində deyə bilərəm ki, Marketing AİR:

1. Peşəkardır. Həm əsas spikerlər həm də qonaq spikerlər müxtəlif şirkətlərdə marketinq, Pr, satış, idarəetmə və s. sahədə illərlə təcrübəsi olan mütəxəssislərdir. 2 ay ərzində həmin mütəxəssislərlə təcrübə paylaşımı, görülən işlər üzərində professional müzakirə etmək imkanı əvəzedilməzdir.

2. Davamlıdır. İlk olmaqdan daha çox davamlı olmaq önəmlidir. Marketing AİR-in qət etdiyi böyük yolu var. Bu günə qədər 7 dəfə (mən gedəndə 2 dəfə idi bu günə 7 dəfə) keçirilmiş təlimdə 400 nəfərədək müxtəlif sahələrdən mütəxəssis iştirak edib. Bütün AİR-i birləşdirən Marketing AİR qrupu var. Bu qrupda kənar biri yoxdur. Hamımız uğurlarımızı və çətinliklərimizi bir-birimizlə paylaşırıq, məsləhətləşirik. DMC planı həmin qrupda yazılıb :)

3. Planlıdır. Əvvəlcədən bilirsiz ki, hansı mövzuda kim, nə zaman danışacaq. İşdən sonra olduğu üçün rahat-rahat iştirak etmək mümkündür. Mövzulara bu səhifədə baxa bilərsiniz. Marketinq AİR

4. Lokaldır. Siz yalnız xarici təcrübəni öyrənib, nəzəriyyə oxumursuz. Həmçinin yerli təcrübəni görürsüz. İşləyən və işləməyən marketinq alətlərini müzakirə edirsiz.

5. Professional networking imkanı yaradır. 2 ay ərzində 40-50 yerli mütəxəssislə görüşürsünüz, biznes ideyalarınızı müzakirə etmək imkanınız olur. Marketinq icmasında yavaş-yavaş hamını tanımış olursuz. Gələcəkdə birlikdə müəyyən layihələr etməyiniz üçün bu imkanın olması xeyrinizədir. Həm Sizin həm də işlədiyiniz şirkətinizin.

6. Sərfəlidir. Cəmi 150 manat. Gəlin, səmimi olaq. Tanımadığınız, bilmədiyiniz “former marketing director” və s. spikerlərin olduğu tədbirlərə qiymət 300-400 dollardan başlayır. Özünüz fikirləşin hansı Sizə faydalı və sərfəlidir. Bu bəndi izah etmirəm)) Hesablayanda böhranı da nəzərə alın ;)

7. Böyük gücdür! Digital Konfransın bütün komandası, kreativ tərəfdaşı, bir neçə nəfər spikeri Marketing AİR məzunları idi. Birlikdə çox sayda yeniliklərə imza atırıq. İllər keçəcək, İlk praktiki marketinq kursu, İlk Marketinq Forumu, İlk rəqəmsal forum və s. layihələrlə ölkənin tarixində əhəmiyyətli yerdə olacağıq.

Mənim fikrimcə, marketinq sahəsində çalışırsınızsa, yolunuz ən azı 1 dəfə Marketing AİR-dən keçməlidir. Tələb olunan işçi olmaq üçün daima inkişaf etməlisiniz, peşəkarlardan ibarət ətrafınız olmalıdır. Bir sözlə ən yaxşı olmalısız!

Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz: http://marketingair.facemark.org/

Ödənişi şirkətinizin etməyini istəyirsinizsə, qeydiyyatdan keçdikdən sonra İnsan Resursları Departamentinin rəhbərinə bu təqdimatı göndərin və iştirak etmək niyyətində olduğunuzu bildirin:

http://www.slideshare.net/GunelMuradzade/marketing-ar-57176190 :)

Bu da müxtəlif tədbirlərimizdən şəkillərimizin bir qismi