VirDuel » Marketinq Azərbaycan qrupundan #twitterdə sual proyekti
Tarix : 2014-08-16 07:42:00 | Baxılıb : 3063
Font Ölçüsü:   |  

Marketinq Azərbaycan qrupunun #twitterdesual proyektinin üçüncü virtual qonağı bloqer İlkin Manafov oldu.

 

1. serxan huseynov ‏@SerxanHuseyn  Azərbaycanda: KPİ-ların peşəkar araşdırılmasına, ayrıca sahə kimi öyrənilməsinə, ayrıca KPİ xidmətinə ehtiyac varmı?

 

Ilkin Manafov ‏@Ilkin_manafovƏlbəttə, araşdırmaya hər zaman ehtiyac var. Amma məncə burda bençmarkinq daha üstündür.

 

serxan huseynov ‏@SerxanHuseyn  KPİ/bençmarkinq: Sahəsində bir bloq uğurlu alınarmı? Buna ehtiyac varmı (həm ingiliscə, həm də azərbaycanca məqalələr)?

 

Ilkin Manafov ‏@Ilkin_manafovAlınar! 100% uğurlu alınar! Amma bloq daha çox gündəlik həyatın haqqınd yazılanda oxunaqlı olur. :)

 

serxan huseynov ‏@SerxanHuseyn  Azərbaycanda: Bəlkə. Amma uğurlu bloqqerlər bir mövu üçün bloq yazmağı məsləhət görürlər. Fikriniz çox oriinal oldu. :))

 

Ilkin Manafov ‏@Ilkin_manafovOnda bloq maraqsız ola bilər... :))

 

serxan huseynov ‏@SerxanHuseynSizcə bloqu maraqlı edən mövzunun praktiki və işlərliyi deyilmi?

 

Ilkin Manafov ‏@Ilkin_manafov16h

 

@SerxanHuseyn: Məncə bloq yazmaq üçün gərək səmimi və komplekssiz olasan.

 

serxan huseynov ‏@SerxanHuseynDemək istəyirəm ki, KPİ/bençmarkinq özlüyündə maraq toplayacaq bir mövzu deyilmi Azərbaycan üçün?

 

Ilkin Manafov ‏@Ilkin_manafovYalnız ona yönəlik bloq maraqsız olar, məncə. "Məncə" sözünə diqqət edin. :)

 

2. Anar Bayramov ‏@abayramovMarketer İlkin Manafov, yoxsa iş adamı İlkin Manafov? Hansı döyər? :)  

 

Ilkin Manafov ‏@Ilkin_manafovBloqqer İlkin Manafovun yanında onlar dalaşa bilməz. :)

 

3. Cabir Suleymanli ‏@slymnlcbrBir yevlaxlı kimi Yevlax haqqında insanların mənfi düşüncələri məni narahat edir. Necə rebrendinq etməli? :)

 

Ilkin Manafov ‏@Ilkin_manafovDüşünürəm ki, Yevlaxın imici gündən-günə müsbət istiqamətdə dəyişir. Mən Yevlaxın imicindən razıyam. :)

 

Cabir Suleymanli ‏@slymnlcbrDəyişir, sözüm yox. Bəs sırf Yevlaxa məxsus bir brend necə olar ki, o brendin adı gələndə Yevlax yada düşsün :)

 

Ilkin Manafov ‏@Ilkin_manafovBir vaxtlar dəmiryolu, pambıq, pivə belə idi... İndi calışırıq "mebel" dedikdə Yevlax yada düşsün. :) Bu brendi sən (sənin kimi bacarıqlı gənclər) quracaq, inşallah.

 

4. Murad Hasan ‏@MurikDeDejavuAzərbaycanda online reklam kampaniyasında mobil istifadəçi kütləsinə reklamın göstərilməsinə münasibətiniz necədir?

 

Ilkin Manafov ‏@Ilkin_manafovDüşünürəm ki, bu, çox doğrudur. Ümuiyyətlə, mobil marketinq gələcəyin istiqamətidir. Marketinq o tərəfə gedir.

 

Murad Hasan ‏@MurikDeDejavuSevindirici haldır. :) Bəs siz bu sahəyə öz dəstəyinizi verməyə hazırsınızmı?

 

Ilkin Manafov ‏@Ilkin_manafovTəki əlimdən nəsə gəlsin. :) Hər zaman hazıram.

 

Murad Hasan ‏@MurikDeDejavuSizin fikrinizcə Azərbaycanda məhsul, yoxsa marketinq öz sözünü deyir?

 

Ilkin Manafov ‏@Ilkin_manafovHələlik məhsul, amma tezliklə marketinq daha ağır basacaq, deyə düşünürəm. :)

 

5. Türkeş Rəhimli ‏@TurkesRehimliSizcə güclü marketoloq olmaq üçün əvvəlcə güclü satıcı olmaq lazımdırmı, yoxsa marketinq bununla əlaqəli deyil?

 

Ilkin Manafov ‏@Ilkin_manafovBir o qədər də bu fikirlə razı deyiləm. Marketinq ilk əvvəl müştəri başa düşmə elmidir.

 

6. Babek Musa-Zadeh ‏@babek_mszdhMarketer üçün marketinq təhsilinin önəmi nə qədərdir və ya siz Almaniyada təhsil almış olmasaydınız, bu gün harda olardınız?

 

Ilkin Manafov ‏@Ilkin_manafovAçığı, təhsil önəmlidir. Amma ən vacibi öz üzərində işləmək və networking qabiliyyətidir.  Düşünürəm, Almaniya təhsili olmasaydı, indi digər oxuduğum yerlə xatırlanardım, sizin sual isə o yer haqda olacaqdı. :)

 

7. Rafiq Hunaltay ‏@hunaltayAlimlərdən biri ən böyük kəşfini 3 dəfə "evrika" deyərək tapmışdı. Sizcə marketinqdə 3 evrika nə ola bilər?

 

Ilkin Manafov ‏@Ilkin_manafovMəncə müştəri, müştəri, yenə də müştəri. Bizim sahənin başlanğıc və son nöqtəsi müştəridir. Sağ olsunlar. :)

 

8. ANAR MUSTAFAYEV ‏@FOLIOazİlkin bəy, yeni bir işə başlayanda ailə dəstəkləməsə, bu iş alınarmı? Ana dilimizdə naming nə zaman trend olacaq?

 

Ilkin Manafov ‏@Ilkin_manafovDüşünürəm ki, ailə dəstəyi olmadan heç bir işdə uğur qazanmaq olmaz. :)

 

9. Teymur ‏@teymur_850Dostluq əlaqələriniz sizin biznes fəaliyyətinizdə rol oynayırmı? Yaxşı (imkanları geniş) dostlar = yaxşı biznes?

 

Ilkin Manafov ‏@Ilkin_manafovMənim qurduğum bütün bizneslər sırf dostluq əlaqələrinin üzərində qurulub, ilk investisiyam etibar olub. :)

 

10. Elşən Əmirov ‏@Amiroff_89Sizi Azərbaycanın Kotleri adlandıra bilərik?  

 

Ilkin Manafov ‏@Ilkin_manafovKotler, Aaeker olduğumu bilmirəm, amma sizlərdən, gənclərdən, Marketinq AİR məzunlarından çox şey öyrəndiyimi 100% bilirəm. :)

 

11. Aylin Salimova ‏@AylinKotlerİlkin müəllim, bu gün Azərbaycan reklam bazarında hansı problemlər mövcuddur? Bir marketoloq kimi sizin fikrinizi bilmək istərdim.

 

Ilkin Manafov‏@Ilkin_manafov: Əvvəla deyim ki, sektor inkişaf edir. Amma daha yaxşı olmaq üçün reklamı kommersiya elmi kimi görmək lazımdır. Bizdə bu azdır.

 

12. Murad Hasan ‏@MurikDeDejavuAzərbaycanda B2B satışların təxmini neçə faizi "tanışlıq" əsasında olur və bu tilsimi necə qırmaq olar?

 

Ilkin Manafov ‏@Ilkin_manafovB2B satışlarının minimum 50%-i tanışlıq əsasında olur, amma bunun üçün də güclü marketinq bilikləri lazımdır. 

 

13. Intiqam Bashirov ‏@B_Intiqamİlkin müəllim, niyə bizdə sosial məqsədli reklamlar (siqaret, narkotikə qarşı mübarizə və s.) çəkilib televiziyada nümayiş olunmur?  

 

Ilkin Manafov ‏@Ilkin_manafov  Ola bilsin xoşbəxtçilikdən bu bizdə ciddi problem deyil, digər ölkələrlə müqayisədə.

 

14. Anar Bayramov ‏@abayramovŞirkətin "üstündə" olmayanda şirkət batır? Sahibkar şirkətdə yatmalıdır, başqa sözlə?

 

Ilkin Manafov ‏@Ilkin_manafovŞirkətin həyat tsiklinə görə ilk dövrlərdə vacibdir. :) Biznes insan kimidir, nazı ilə oynamadın, sahibindən küsür.

 

15. Intiqam Bashirov ‏@B_IntiqamMBA təhsilinin sizin üçün müsbət və mənfi tərəfləri nə olub? Bu barədə fikirlərinizi bölüşərdiz.  

 

Ilkin Manafov ‏@Ilkin_manafovMBA (ümumiyyətlə təhsilin) ən müsbət tərəfi "kruq"dur. Digər şeylər sizin özünüzdən asılıdır.

 

16. Anar Bayramov ‏@abayramovŞirkətdə nəsə iş görmək istəyəndə şirkətin qeyrətini çəkən "nervinni qaqaş"lar çıxır ortaya ki, pulu küçəyə atmayın. Münasibətiniz?

 

Ilkin Manafov ‏@Ilkin_manafovBu adamlar sahibkar üçün lazımdır. Necə ki, şahmatda "peşka" olmasa udmaq olmaz. Menecer olaraq hesablaşmalıyıq.

 

Anar Bayramov ‏@abayramovO "peşka"lar şirkəti sahibkardan daha çox istəyirlər axı. Ən azı elə davranırlar. Buna münasibətiniz? :) 

 

Ilkin Manafov ‏@Ilkin_manafovBəlkə buna görə "peşka"dırlar? çox çəkmir belələri. bilirsiniz də, şahmatda ən qısa ömürlü peşkadır.

 

17. Türkeş Rəhimli ‏@TurkesRehimliİlkin müəllim, bu həyatda etdiyiniz ən böyük səhviniz nə olub? :) Hələ də peşmançılığını çəkdiyiniz bir səhv.

 

Ilkin Manafov ‏@Ilkin_manafovÇətin sualdır... bir deyil, iki deyil... Twitter açıqdır bunun üçün. :)))  Həyatda insan səhv edə bilər, amma ən qorxulu səhv sonra düzəlməsi mümkün olmayan səhvlərdir, o hələ olmayıb.

 

18. serxan huseynov ‏@SerxanHuseynÜmumiyyətlə, korporativ iş ruhumu yoxdur, yoxsa sadəcə işinimi dəyişməlisən? Necə təyin eləmək olar ?

 

Ilkin Manafov ‏@Ilkin_manafov Korporativ iş ruhu olmayan insanın uğur qazanması çox çətindir. Işden həzz almırsınızsa, işinizi dəyişin.

 

19. Raschad Camal ‏@Raschad_CamalTərtərdə də marketinq gediş edə biləcək açdığınız dükan? :)))

 

Ilkin Manafov ‏@Ilkin_manafovTərtər mağazasının marketinq gedişi elə o salonun açılışıdır. Mən o salondan həzz alıram, ən sevdiyim yerdir.

 

20. Rafiq Hunaltay ‏@hunaltayBir marketoloqun karyerasının ən pik nöqtəsi sizcə nə zaman olur?  

 

Ilkin Manafov ‏@Ilkin_manafovSənin yaratdığın brend haqda sənin yanında danışırlar və bilmirlər ki, sən bunu etmisən. 

 

21. Aysel Jabrayilova ‏@ANJabrayilovaİlkin müəllim, deyirlər biznesdə emosiyalar yox, rəqəmlər rol oynayır. Münasibətiniz? Emosiyasız biznes olarmı?!

 

Ilkin Manafov ‏@Ilkin_manafovQətiyyən yox. Biznes bizim heyatımızı xoşbəxt etmək üçün vasitədir... vəssalam! Bunun üçün emosiya mütləqdir.

 

Rafiq Hunaltay ‏@hunaltayTeymur paşam olsaydı, deyərdi ki, emosiyasız biznes VÖEN-siz şirkətə bənzəyir. olar, amma bir gün tutulacaq. 

Bu bölməyə aid digər xəbərlər.