VirDuel » Marketinq Azərbaycan qrupundan #twitterdesual proyekti
Tarix : 2014-07-26 10:06:00 | Baxılıb : 2820
Font Ölçüsü:   |  

Hal-hazırda aktiv marketinq qruplarından biri olan Marketinq Azərbaycan qrupu isti yay günlərinə baxmayaraq aktivliklərini davam etdirir. Növbəti belə aktivlik #twitterdesual layihəsidir.

 

Proyektin mahiyyəti ondan ibarətdir ki, öncədən bəlli bir saat və gün təyin edilir. Və həmin vaxtda istifadəçilər qeyd edilən həştəqlə twitter üzərindən suallarını verirlər. Qonaq isə qeyd edilən müddət ərzində həmin sualları cavablandırır.

 

İlk qonağımız Azercell Telekom şirkətinin Strategiya, Biznesin inkişafı və Layihələrin koordinasiyası şöbəsinin rəhbəri İmran Bağırov oldu. Aşağıda Sizə 23 iyul 2014-cü il tarixdə ilk qonağımıza verilən sual və cavabları təqdim edirik.

 

1. Rafiq Hunaltay ‏@hunaltay Imran bəy, bəlkə sizə aid deyil bu sual, amma verim yenə də. Azercell son dövrlər aktivliyini niyə azaldıb reklam baxımından?

 

Imran Baghirov ‏@imranbaghirov Salam, siz azalmağı nəyə istinadən deyirsiniz? Əslində mən əksini deyərdim, son dövrlərdəki kampaniya, təkliflər və reklam çoxdur.

 

Rafiq Hunaltay ‏@hunaltay TV və radioda həm yeni reklam çarxları, həm də TV, radio kanallarda yayımlanma çoxluğuna görə deyirəm. AGB-də belə göstərir.

 

Imran Baghirov ‏@imranbaghirov Aydındır. Əsas say deyil, effektivlikdir. Bəzən şirkətlər hansısa rəqabətə girirlər, lakin son nəticədə effektivliyi unudurlar.

 

2. Safar Aslanov ‏@SafarAslanov İmran bəy, xərclərin optimallaşdırılmasında hansı "görünməz amillərə" diqqət etməyi tövsiyyə edirsiniz?

 

Imran Baghirov ‏@imranbaghirov Hər kəs optimallaşdirma deyəndə əslində azalma nezerde tutur.:) Əslində məqsəd hər xərclənmiş 1 AZN-dən daha çox gəlir qazanmaq. 1)Məhsulun keyfiyyəti azalması hesabına xərc azaldılmaz. Bunu heyf ki, bir çox şirkət edir və düşünür ki, müştəri fikir verməz. 2) Hər bir xərc bəndi üzrə onun nəticəsinin ölçülə bilən olması lazımdır. Çətin də olsa, ölçməyə çalışmalısınız. 1 AZN xərc = ? gəlir.  3) Partnyorlarınızın və vendorlarınızın iqtisadi və maliyyə vəziyyətindən məlumatlı olun. Eyni məhsulu digərlərindən daha ucuz alın.

 

Safar Aslanov ‏@SafarAslanov 6 Sigma sertifiklatlarının əldə edilməsi barədə dah geniş məlumat verə bilərsinizmi? Təşəkkür edirəm.

 

Imran Baghirov ‏@imranbaghirov 6 sigma dünya üzrə keyfiyyət və proses idarə edilməsi üçün nəzərdə tutulan alətlərdən biridir. İlk dəfə Motorola, sonra GE edib. Dünya üzrə müxtəlif şirkətlər var bu sertifikatı təqdim edirlər. Tanınmışlarından BMGİ məsləhət görə bilərəm. Türkiyədə var.

 

3. Sabir ‏@Sabir_MZade O prikol-reklamı siz sifariş vermisiz? Əgər elədirsə, neçiyə başa gəlib? Əgər sir deyilsə, kimin işidir? :)

 

Imran Baghirov ‏@imranbaghirov Bu mövzuda məlumatım yoxdur, əfsuslar olsun ki.

 

4. Elşən Əmirov ‏@Amiroff_89 Sizcə, operator seçəndə müştəri sərfəli, yoxsa keyfiyyətli olub-olmamasını yoxlamalıdır?

 

Imran Baghirov ‏@imranbaghirov Hər kəsin dəyərləri fərqlidir. Keyfiyyət ucuz olmur heç vaxt. hər kəs üçün keyfiyyət və qiymətin kəsişmə nöqtəsi var.  Ümumən baxanda isə, keyfiyyətə üstünlük verməyi tövsiyə edirəm. Beləliklə, keyfiyyətsiz istehsalçılar qalmaz. Keyfiyyət rəqabəti.. Keyfiyyətli malın göstəricilərindən biri də: həmin şirkətin satışdn sonra müştəri xidməti, zəng mərkəzi və  s. olmalıdır.

 

5. ANAR MUSTAFAYEV ‏@FOLIOaz Barama çərçivəsində layihələr hansı kriteriyalara əsasında seçilir? Hələ uğur qazananaı olmayıb nədənsə.  

 

Imran Baghirov ‏@imranbaghirov Uğur qazananalar olub. 6 start-up şirkətləşib, 1-i Amerikada işləyir. Çox “start-up”lar isə şirkət ola bilməyiblər, bu da faktdır. Layihələr istənilən sahədə ola bilər. Əsas odur ki, cəmiyyətə faydası dəysin. Əsas istiqamət olaraq rəqəmsal ekosistemin qurulmasıdır. Yeni ofis ilə yeni konsepti gətirdik. 18 aylıq inkubasiya müddəti və partnyorluq şəbəkəsi ilə daha geniş imkanlar.

 

6. Anar Bayramov @abayramov Imran bəy, churn management sahəsində uğurlu ola bilirsinizmi? Bizim bazarın özəlliyi varmı bu sahədə?

 

Imran Baghirov ‏@imranbaghirov Bəli. DataMining istifadə etməklə Churn prediction edilə bilinir. Churn edəcəkləri 70%-den böyük ehtimalla proqnoz etmək olur. Digər bazarlarda olduğu kimi, bizim bazarda da kampaniyalara, endirimlərə çox hissiyyatlı seqment var. Onlar periodik churn yaradır.

 

7. Raschad Camal ‏@Raschad_Camal   @shoperaaz @BaramaAzercell –dən necə yararlana bilər? Öncədən təşəkkürlər. 

 

Imran Baghirov ‏@imranbaghirov İlk öncə rezident olamlısınız. Daha sonra isə, 18 ay ərzində hər bir etap üçün ayrı dəstək var. İlkin etapda sadəcə ofis imkanı, tədrislər, əlaqələr, mentorlardırsa, sonradan investisiya və s. Və nəhayət inkubasiyanın sonunda şirkətləşməyə yardım edirik.

 

Raschad Camal ‏@Raschad_Camal Nece rezident ola bilərik ?

 

Imran Baghirov ‏@imranbaghirov barama.az-da qeydiyyat və ya info@barama.az-a email. Ilkin intervyudan sonra rezident muqaviləsi.

 

8. Cabir Suleymanli ‏@slymnlcbr Azercell kimi böyük şirkətdə korporativ mədəniyyəti necə oturdursunuz? Hər kəsə tək-tək  necə aşılanır bu?

 

Imran Baghirov ‏@imranbaghirov Bir günün məsələsi deyil. Məncə bir neçə etapdırbu iş. 1) Doğru insanları işə götürməlisən. 2) Hər şey proseslərlə olmalıdır. 3) Bir-birinə hörmət və şöbələr arasında davamlı takım ruhunun yaradılması. 4) İşçilərin səsini eşitmək, problemlərini həll etmə.

 

Cabir Suleymanli ‏@slymnlcbr Bunu bilmək istəyirdim ki, HR ve Marketinq koordinasiyalımı işləyir? İşcilərə daxili müştəri kimimi baxılır?

 

Imran Baghirov ‏@imranbaghirov İşçilər daxili müştəridirlər. Hətta daxili kommunikasiya ilə məsul işçilər var. Bir ailə kimi şirkəti birləşdiri.

 

Cabir Suleymanli ‏@slymnlcbr Dəyərlər nece aşılanır (təlimlər olurmu), dəyərlərin izlənməsi necə izlənir?

 

Imran Baghirov ‏@imranbaghirov Təlimlər olur, amma bu, cemi 10%-idir işin. Əsas o dəyərləri necə yaşamaq ve paylaşmaqdır.

 

9. Rafiq Hunaltay ‏@hunaltay Nömrə daşıma məsələsində Azercell-in tarifindən nə qədər insan digərlərinə keçdi?

 

Imran Baghirov ‏@imranbaghirov Nömrə daşımasında Azercell daha çox müştəri qazandı.

 

Rafiq Hunaltay ‏@hunaltay Bulk sms-de niyə Azercell ilə çalışan şirkət Bakcell və digərləri ilə çalışa bilməz?

 

Imran Baghirov ‏@imranbaghirov Beli, bu, ekskluzivlik məhdudiyyətidir. Rəqabət mühitində şirkətlər bunu vendorları ilə müqavilədə qeyd edirlər.

 

Rafiq Hunaltay ‏@hunaltay Axi o provayderler 2 ayrı şirkət yaradıb hamısı ilə işləyirlər?

 

Imran Baghirov ‏@imranbaghirovHər sey hüquq çərçivəsində həll olunur. Əgər müqaviləyə ziddirsə, məsuliyyət daşıyırlar.

 

10. Mahir ‏@Mah_iR Marketinq üzrə çalışmaq ələlxüsus sosial mediya marketinqi üzrə nə kimi bacarıqlar lazımdır?

 

Imran Baghirov ‏@imranbaghirov Marketinqin xüsusi kitabı yoxdur. Əsas odur ki, elə edəsən ki, insanlar məhsulu sevib alsınlar. Sonra yenə alsınlar. Sosial media da marketinq çətindir, çünki artıq reklam kirliliyi çoxdur. Və bu dayanmadan artır. Bacarıqlar dedikdə, müştərini tanımaq, onu anlamaq və səbəblərdən nəticə çıxarıb bundan faydalana bilmək. Execution is 90% of success.

 

11. Ilkin Manafov ‏@Ilkin_manafov Sim-Sim brendinin gələcək perspektivlərini necə görürsünüz?

 

Imran Baghirov ‏@imranbaghirov Çox güclü brenddir. Bazarın əsasən Prepaid olduğunu nəzərə alaraq orta və uzun müddət perspektivində uğurludur.  Amma bütün dünyada convergent xidmətlərə keçid edilir. Buna görə klassik prepaid məntiqi yavaş-yavaş yox olacaq.

 

12. Ilkin Manafov ‏@Ilkin_manafov Imran müəllim şəxs olaraq öz biznesini düşünürmü?

 

Imran Baghirov ‏@imranbaghirov Əlbəttə. Məncə hər bir gəncin belə istəyi olmalıdır. Bir neçə ideyam var, amma plan etapındadır hələlik. 

 

13. Mahir ‏@Mah_iR Yenilik etmək üçün çalışdığın şirkətdə komanda ilə müzakirə etmədən özün düşündüyünü reallaşdırmaq doğrudurmu?

 

Imran Baghirov ‏@imranbaghirov Doğru deyil məncə. Müzakirədə bərəkət var. Hətta son nəticədə yenə öz fikrin olacaqsa belə, müzakirə etmək lazımdır.

 

14. Rafiq Hunaltay ‏@hunaltay İmran bəy, sizcə neçə faiz abonent ümumiyyətlə sms göndərmir, oxumur, oxuya bilmir?

 

Imran Baghirov ‏@imranbaghirov Bizim abonentlər başqa ölkələrə görə daha təhsilli və sms mövzusunu yaxşı bilirlər. Rəqəm olaraq deyə bilməyəcəyəm.

 

Rafiq Hunaltay ‏@hunaltay Mən eşitmişdim ki, 40 faizdir nisbət. Dolğun cavablar üçün təşəkkürlər, faydalı oldu.

 

Imran Baghirov ‏@imranbaghirov Mən də məmnun oldum.

 

15. Tural Fot Babayev ‏@turalfot İmran bəy, düşünmürsünüz ki, Simurq xidmətləri istifadəsiz və bir yerdən sonra lazımsızdır? Funksionallığı sıfra yaxındır.

 

Imran Baghirov ‏@imranbaghirov Siz bəyənməyə bilərsiniz, amma elə seqmenti var ki, bundan davamlı istifadə edir. Xidmət olaraq razıyam ki, yeni xidmət deyil. 5 ildən daha çox yaşı var. Telecom üçün çox uzun müddətdir.

Bu bölməyə aid digər xəbərlər.