VirDuel » Marketinq Azərbaycan qrupundan #twitterdesual proyekti
Tarix : 2014-08-11 14:06:00 | Baxılıb : 2199
Font Ölçüsü:   |  

Əziz dostlar, bildiyiniz kimi Marketinq Azərbaycan qrupunun təsisçilərinin təşəbbüsü ilə yay mövsümü olmasına baxmayaraq maraqlı bir proyektə start verilib - #twitterdesual. İlk qonağımız bildiyiniz kimi İmran bəy olmuşdu.

 

Siz həmin proyekt üzrə sual-cavabları qısa icmal olaraq saytımızda oxumusunuz. İkinci belə virtual görüş Auto Azərbaycan şirkətinin İdarə Heyəti Sədrinin müavini Rüstəm Məmmədovla oldu. Həmin virtual sual-cavabın qısa icmalını aşağıda Sizlərə təqdim edirik.

 

1. Ilkin Manafov ‏@Ilkin_manafov: Rüstəm müəlllim, xoş gəlmisiniz. İlk olaraq Ağdamın Qarabağ komandasının qələbəsi ilə təbrik edirəm. Futbolu sevirsiniz?

 

Rustem Memmedov‏@Rustemme: Xoş gördük. Bayaqdan qalmışam TV ilə Laptop arasında.:) Gözəl və ağıllı oyunları çox bəyənirəm.

 

2Anar Bayramov ‏@abayramov: Ilkin deyirki, Porsche və həmin classda olan avtomobillər yalnız bizdə kreditləs atılır. Düz deyir? :)

 

Rustem Memmedov‏@Rustemme: Yaxın dostum Amerikada Jaguar almışdı 10 illik lizinqilə, Azərbaycanlıdır:)

 

Rustem Memmedov ‏@Rustemme: Başqa ölkələrdə də lizinqilə bu sinif maşın alınır. Amma, nisbətini dəqiq deyə bilmərəm açığı.

 

3. Ilkin Manafov ‏@Ilkin_manafov: Ağdam dedikde ağla 3 şey gəlirsə, biri də ticarətdir. Sizcə niyə Ağdamlıları güclü ticarətçi hesab edirlər?

 

Rustem Memmedov‏@Rustemme: Mən uşaqolanda biz gül "ixrac" edirdik. Müstəqilliyin ilk dövrlərində bütün qonum-qonşu dəri işində idi:)

 

Rustem Memmedov‏@Rustemme: Maşın işi, aydın məsələdir...İndi görək növbəti mərhələdə nə olacaq. Online shopping:)

 

4. Ilkin Manafov ‏@Ilkin_manafovRüstəm, ölkədə ilk bloqqerlərdənsən. Mən mütəmadi oxuyurdum. Sonralar yazmadın. Səbəbi nədir?

 

Rustem Memmedov‏@Rustemme: Bir ara boşluq yarandı, az oxudum, az yazdım. Sonra da qərara gəldimki, siz yazın, mən oxuyum.

 

5. Ilkin Manafov ‏@Ilkin_manafov Koreya şirkətləri son illər güclü marketinq aparırlar, əsasən də Samsung. Sizcə bizim yerli şirkətlərdə buna nə mane olur?

 

Rustem Memmedov‏@Rustemme: Rəqabətin olmaması

 

6. firdovsikhalilov ‏@firdovsih: Rüstəm bəy, sizcə niyə Azərbaycanda Dacia markası təmsil olunmur?

 

Rustem Memmedov‏@Rustemme: Renault markası istənilən gücdə olsaydı və orta sinifdə rəqabət apara bilsəydi, Dacia da olardı.

 

7. RaschadCamal ‏@Raschad_CamalRüstəm,  1) bu marketinqin yaxın 5 ilini necə təsəvvür edirsən? 2) Səncə e-Ticarət 2015-dəTürkiyədəki E-sürətdən yararlanacaqmı?

 

Rustem Memmedov‏@Rustemme: Uzaq görən deyiləm.:) Müştəri ilə eyni nəfəsi alan şirkətlər, inteqrasiyanı bacaranlar və çalışqanlar qazanacaq.

 

Rustem Memmedov‏@Rustemm: Məncə çox uzun çəkməyəcək. Cəmi 4-5 il içində çox böyük sıçrayış olacaq. Ən azından ətrafımdakılara baxıb deyə bilirəm.

 

8. RaschadCamal ‏@Raschad_Camal: Türkiyədə 17 mld $-dan 50 mld$-a çatacaqlar bu ilin sonuna. Bu fantastic sıçrayıdır. Səncəavoüzünləridə e-Ticarətə gəlməlidir?

 

Rustem Memmedov ‏@Rustemme: Gəlməyib ki? Maşın artıq mexaniki alət deyil, electron robottdur. Soft işləyir. 2-cə il içində sən gör nələr baş verəcək

 

9. Rafiq Hunaltay ‏@hunaltayİşin stressini necə atırsınız? Sizə elə gəlmirmiki, qocalırıq, amma iş bitmir ki bitmir. 

 

Rustem Memmedov‏@RustemmeStress azca da olsa olmasa, motivasiya olmaz. Əzildiyim stress hamd olsun yoxdur.

 

@hunaltay30-u keçdin qocasan.:) Evi işə aparmıram, işi evə gətirmirəm.

 

10. Rafiq Hunaltay ‏@hunaltay  Jul 30Evi işə aparmamaq üçün işdən saat 6-da çıxmaq lazımdır. Alınırmı bu?

 

Rustem Memmedov ‏@RustemmeMənim 7 ildir pozmadığım prinsiplərim var. Həmişə alınmasa da, 90% hallarda alınır.

 

11. Ilkin Manafov ‏@Ilkin_manafovÖzünüzü gələcək 5 ildən sonra necə görürsünüz, CEO kimi və ya sahibkar kimi?

 

Rustem Memmedov‏@Rustemme: Hmmm...Mən plan qurub plansız yaşayan adamam. Allah kərimdir.

 

Rustem Memmedov‏@Rustemme: Sən nə məsləhət görürsən?

 

Rafiq Hunaltay ‏@hunaltayİlkindən olsa, deyər Yevlaxda yerim var, gəl orda dükan aç.

 

Rustem Memmedov ‏@Rustemme:)))

 

Ilkin Manafov ‏@Ilkin_manafovMən düşünürəm, xəyallara çatmaq üçün (çox pul qazanmaq yox haaa) şəxsi biznes mütləqdir. 

 

Rustem Memmedov ‏@Rustemmeİnşallah deyim onda.

 

12. Ilkin Manafov ‏@Ilkin_manafovBelədə ki, Tərtər, bərdə, Mingəçevir, gəlin birlikdə kasıbçılığımızı edək. Nədiree bu "kabinet" sevgisi?

 

Rustem Memmedov ‏@RustemmeKabinet yox, laptop :)

 

13. firdovsikhalilov ‏@firdovsihBazarda VAZ-dan boşalacaq yeri VAZ-ın yeni modellərimi tutacaq, yoxsa Çin və s.markalarmı?

 

Rustem Memmedov‏@Rustemme: Açığı keçid periodudur. Məhsul çeşidi və satış şərtləri hazırda Çinlilərə çox böyük üstünlük yaradıb.

 

@firdovsih: Amma, avtomobil sektorunda long-term çox şey fərqli istiqamət ala bilər. Dacia niyə olmasın?:)

 

14. Cabir Suleymanli ‏@slymnlcbr#twitterdesual: veriremki, Rüstem bəy, avtomobillər ölkəyə gətirilən zaman gömrükdə yaşanan ümumi problemlər sizdə də yaşanırmı?

 

Rustem Memmedov‏@Rustemme: Palaza bürün, elnən sürün. :)

 

Cabir Suleymanli ‏@slymnlcbr: Səhifələrcə yazsaz, belə aydın başa sala bilməzdiniz :)

 

15. Rafiq Hunaltay ‏@hunaltayMarketoloq olmaq hara qədər maraqlıdır?

 

Rustem Memmedov‏@Rustemme: Sona qədər. Karyeranın, bəlkə də həyatın sonuna qədər

 

16. Rafiq Hunaltay ‏@hunaltayƏdəbiyyatla aranız necədir? Mən şəxsən stressimi ancaq bununla atıram. Nə oxuyursunuz axır vaxtlar?

 

Rustem Memmedov‏@Rustemme: Axır vaxtlar dərsimlə əlaqədar olaraq http://economist.com http://hbr.org kimi yerlərdə oluram ancaq. Açığı yorucudur və çox vaxtımı alır. Demək olar gündə ən az 3 saat.

 

17. Rafiq Hunaltay ‏@hunaltayMən də onu deyəcəkdim, dərs əyləncəli olmur. Köşə yazısını oxuduğunuz yazar varmı?

 

Rustem Memmedov ‏@RustemmeLinkedin-də izlədiklərim var. Türk köşe yazarlarını isə uzun müddətdir çox az oxuyuram

 

18. Rafiq Hunaltay ‏@hunaltayLinkedin demişkən, sizcə facebook şəxsi platformadır, yoxsa adam çəkisini qorumalıdır, özünü sıxmalıdır?

 

Rustem Memmedov ‏@RustemmeMəncə sıxmalıdır, amma bacarsa. Mən çox da bacarmıram açığı.

 

19. Ilkin Manafov ‏@Ilkin_manafovDərs dediniz, yadıma MBA düşdü. Razısınız tədrisdən? Necə gedir, nəkimi yeni dəyərlər verir?

 

Rustem Memmedov‏@Rustemme: Çox razıyam. Hətta ən az gözləntim olan marketing dərsi mənim üçün çox maraqlı keçdi. İlk dərsdə finansın pure social science olduğu eşitmək ilin maraqlı keçəcəyini göstərmişdi əslində.

 

20. Ilkin Manafov ‏@Ilkin_manafovBəs sən necə düşünürsən? Səncə maliyyənin müasir biznesdə rolu nədir?

 

Rustem Memmedov ‏@RustemmeMaliyyənin rolu genişlənməlidir. Həm vertikal, həm horizontal. Marketoloqlar maliyyə oxumalıdır bir az. :)

 

21. Cabir Suleymanli ‏@slymnlcbrSizcə (sualın sizə verilməsi qəribə alınailər:) ) Bakıdakı avtomobil sıxlığını nece azaltmaq olar?

 

Rustem Memmedov‏@Rustemme: Hökümətin indi etdiyi kimi.:) Kredit şərtlərini çətinləşdir, işlənmiş maşınları limitlə idxal et. Amma, yollar, yo işarələri, işıqforların düzgün tənzimlənməsi, sürücülük mədəniyyəti də düzəlməsə, sıxlı qolacaq.

 

22. Cabir Suleymanli ‏@slymnlcbrSürücülük mədəniyyəti 1-ci yerdə gəlməlidir məncə. :)

 

Rustem Memmedov‏@Rustemme: Tam razı. Qarşılıqlı anlayış, empaty ilə bəzədilən mədəniyyət.

 

23. Cabir Suleymanli ‏@slymnlcbrDeməli, kredit şərtlərinin çətinləşdirilməsini dəstəkləyirsiniz. Bu satışlara necə təsir etdi? Kontur addım olaraq nələr edilir?

 

Rustem Memmedov‏@Rustemme: Satışlara ən az 35% mənfi təsir etdi, short-term. Amma, uzun müddətdə faydalı olacaq, ekologiya adına xüsusən də. Burda yazmağa limit azdır.:) Çox dəstəkləyirəm, çox danatılmalı addımidi.

 

24. Cabir Suleymanli ‏@slymnlcbrSizcə bu addım bank sektorunun da inkişafına kömək olacaqmı?

 

Rustem Memmedov‏@Rustemme: MB bu addımı iqtisadiyyatı qorumaq üçün atdı. MB bank sektorunu bir baxıma qorudu. Düzgün addım atdı.

Bu bölməyə aid digər xəbərlər.