Buna bir ad ver » “Mastercard” süni intellekt vasitəsilə kiberfırıldaqçılara qarşı mübarizə aparacaq
Tarix : 2016-12-29 11:46:49 | Baxılıb : 295
Font Ölçüsü:   |  

“DecisionIntelligence™” həlli süni intellekt texnologiyası vasitəsilə tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini təkmilləşdirir və müştərilərin alış-veriş təcrübəsinin yaxşılaşdırılmasını təmin edir.

“Mastercard” şirkəti qlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib. Sözügedən texnologiya qərar vermə prosesini idarə edən və fırıldaqçılıq hallarını aşkarlayan kompleks xidmətdir. Yeni həll süni intellekt texnologiyasından istifadə etməklə maliyyə institutlarına real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqini sürətləndirməyə və yanlış imtinaları azaltmağa imkan yaradır.

Qeyd edək ki, bu, “Mastercard”ın birbaşa olaraq öz qlobal şəbəkəsində süni intellekt texnologiyasının ilk tətbiqi hesab olunur.

Hazırda istifadə olunan qərarların qiymətləndirilməsi texnologiyaları əsasən öncədən müəyyən edilmiş qaydalar çərçivəsində risk dəyərləndirilməsini həyata keçirir. “Decision Intelligence” həlli özü ilə birgə geniş imkanlar təklif edən yeni radikal yanaşmanı ərsəyə gətirir. O, hər bir əməliyyatın analizi, qiymətləndirilməsi və öyrənilməsini daha geniş həyata keçirməyə imkan verir. Kart emitentləri yeni texnologiya vasitəsilə əldə edilmiş nəticələri hər növbəti əməliyyatlara tətbiq edə bilirlər.

“Biz ödəniş zamanı istehlakçının üzləşdiyi əsas çətinliklərdən olan yanlış imtinalar probleminihəll edirik. Qlobal şəbəkəmizdə süni intellekt texnologiyasından istifadə edərək biz maliyyə qurumlarına və digər tərəfdaşlara əməliyyatların təsdiqi göstəricilərini yaxşılaşdırmağa və müvafiq olaraq alıcı təcrübəsini inkişaf etdirməyə yardım göstəririk”, - deyə “Mastercard” şirkətinin Risklər və müəssisələrin təhlükəsizliyi üzrə prezidenti Acay Balla bildirib.

Bir sıra texnologiyalar əsasında yaradılmış “Decision Intelligence” sistemi mürəkkəb alqoritmlərdən istifadə edərək intellektual analiz sayəsində köhnə problemin həlli üçün yeni üsul təqdim etməklə banklara proqnozlaşdırılmış qiymət verməyə imkan yaradır. Bundan sonra banklar əldə edilmiş məlumatı fırıldaqçılıqla mübarizə sistemlərinə inteqrasiya edə bilərlər.

“Decision Intelligence” xidmətinin əsaslandığı smart-texnologiyalar hər istifadəçinin hesab üzrə alış-veriş davranışlarını uzun müddət öyrənərək normadan kənar davranışları dərhal aşkar edir. Belə ki, onlar hesabdan ödənişlər üzrə müştərilərin dəyər seqmentasiyası, risk xərcləri, lokasiya, satıcı, ödəniş qurğusunun məlumatları, zaman və alış-verişin növü barədə məlumatlardan istifadə edirlər.

Son bir neçə il ərzində ödəniş sektoru böyük səylə ödənişlərin mühafizəsinə və fırıldaqçılığa qarşı mübarizəyə fokuslanıb, buna görə də əməliyyatların həqiqiliyinin yoxlanması və fırıldaqçılıq hallarının idarə edilməsi arasında düzgün balansın qorunması böyük əhəmiyyət daşıyır.

Təkcə ABŞ-da əməliyyatlar zamanı yanlış imtinaların dəyəri kartlarla fırıldaqçılıq halları nəticəsində əmələ gələn itkilərin ümumi məbləğindən 13 dəfə çoxdur. Tranzaksiyaların qiymətləndirilməsində süni intellektdən istifadə problemlərin həlli istiqamətində yeni bir addımdır.

“Mastercard” şəbəkəsində əsas komponentolaraq süni intellektdən istifadə hər əməliyyatın fırıldaqçılığa məruz qalmariskini daha dəqiq qiymətləndirmək imkanı yaradır. Bu yeni imkanlarreal vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini sürətləndirəcək və yanlış imtinaları azaldacaq. Əldə edilmiş məlumat sayəsində yanacaqdoldurma məntəqələri və ya ATM-lər kimi xüsusi sahələr potensial risklərə daha çevik reaksiya verə və bununla da geri qaytarılan ödəniş kimi əməliyyat xərclərini azalda bilərlər.

Bu bölməyə aid digər xəbərlər.