bu işdə bir niş var » Mərkəzi Bankdan uçot faiz dərəcəsi ilə bağlı açıqlama
Tarix : 2017-11-15 12:27:16 | Baxılıb : 28
Font Ölçüsü:   |  

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti noyabrın 15-də uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Bu barədə Facemark.az-a Mərkəzi Bankdan bildirilib.

Beləliklə, qəbul edilmiş qərar əsasən, uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18% olacaq.

“Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixdə müzakirə ediləcəkdir”, - deyə bankdan bildirilib.

Bankdan edilən açıqlamada qeyd olunur ki, ixracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir:

“Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (0.5 mlrd. ABŞ dolları) əhəmiyyətli çoxdur.

Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötmüşdür. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır.

Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir”.

Bu bölməyə aid digər xəbərlər.