bu işdə bir niş var » Məşhur alim: Süni zəka insanlığı məhv edə bilər
Tarix : 2017-11-03 17:01:00 | Baxılıb : 192
Font Ölçüsü:   |  

Məşhur ingilis alim Stephen Hawking “Bir gün gələcək texnologiya insanlardan daha üstün bir nöqtəyə çatacaq və onları məhv edəcək”, deyib.


Facemark.az xəbər verir ki, o bu sözləri nüfuzlu elm-texnologiya dərgisi olan “Wired” də deyib.


Onun sözlərinə görə, insanlar kompüter virusu tərtib edərsə, süni zəka onu inkişaf etdirə və ondan qurtula bilər.


O, deyib ki, texnologiya insanlardan daha aktiv bir hala gələcək və hətta dünyanı belə idarə edəcək:

“Bəşəriyyət təcili olaraq yeni bir planet tapmalı və ora yerləşməlidir. Çünki artıq geri dönülməyəcək bir nöqtəyə çatmışıq. İnsanların sayı artmaqda davam edir və dünyamız isə çox kiçikdir. Artıq özümüzü məhv etmək dərəcəsinə çatmışıq”.

Bu bölməyə aid digər xəbərlər.