Ordan-Burdan » Məşhur logolar nəyi ifadə edir ?
Tarix : 2017-03-14 12:55:24 | Baxılıb : 355
Font Ölçüsü:   |  

Dünyadakı ən tanınmış logolar əslində bir logodan daha artığını ifadə edir. Hər çizgi, rəngdə bir məna var.

Daha əvvəl heç fikir vermədiyimiz mənaya sahib olan bəzi logoları sizinlə paylaşırıq.

Hundai - Çoxumuz bu fikramının logosunda sadəcə baş hərfin yazıldığını düşünürük. Ancaq logoda satış təmsilçisi və alıcının əl sıxması təsvir olunub.

Adidas -Şirkətin adı qurucusu Adolf Dasslerin adından götürülüb. Zamanla logo dəyişilsə də, 3 çubuqlu işarə dəyişilməz olaraq qaldı. Üçbucaqlı işarə dağa bənzəyir. Mənası isə bütün idmançıların aşmalı olduğu çətinlikləriə işarədir.

Apple - Dünyada məşhur olan Apple şirkətinin logotpinin müəllifi Rob Yanov logonu necə tapdığını belə ifadə edib: bir qutu alma aldım, qutuya doldurdum və bir həftə ərzində onları çəkdim. Bir alma götürüb dişlədim və birdən ağlıma dişlənmiş alma fikri gəldi. Nə təsadüfdür ki, bi dişlək tam anlamıyla bayt termininə işarə olur.

Sony Vaio - Sony Vaio logosunun ilk iki hərfi bir analoq simvolunu təsvir edən dalğa, son iki hərfi isə 1 və 0-dır. Bu iki rəqəm rəqəmsal siqnalların simvollarıdır.

Formula 1 - ‘F’ hərfi ilə Formula 1 logosundakı qırmızı xətlər arasındakı boşluğa diqqət etsək, görərik ki, 1 qərəmi elə ağ hissədə təsvir olunub. Qırmızı xətlər isə sürəti vurğulayır.

Pinterest - İnsanların internetdə sevdiyi şəkilləri toplamaq və bir yerə “ ilişdirmək” üçün istifadə etdikləri məşhur foto saytı Pinterestin logosunda gizli bir iynə var.

Evernote - Fillərin gördükləri bütün sifətləri və hadisələri xatırladığını bilirsinizmi? Məhz bu xüsusiyyəti nəzərə alaraq qeyd proqramı olan Evertone logosunda fildən istifadə edib. Üstəlik kitab oxuyan zaman yeri qeyd etmək üçün istifadə etdiyimiz səhifəni qatlamaq işarəsi də logoda məhz filin qulağında təsvir olunub.

Coca-Cola - Coca-Cola şirkətinin məşhur logosunda, ‘O’ ve ‘L’ hərflərinin arasında olan boşluqdaa, biraz diqqətlə baxsaq, Danimarka bayrağını açıqca görə bilərik. Lakin bu təmamilə təsadüf nəticəsində alınıb. Şirkət isə bu təsadüfü İskandinaviya ölkələrindəki satış kampanyalarının bir parçası olaraq istifadə edib.

Bu bölməyə aid digər xəbərlər.