digimark » Məşhur supermarket şəbəbəsi üçün maraqlı reklam çarxı çəkildi - VİDEO
Tarix : 2017-11-13 10:45:42 | Baxılıb : 204
Font Ölçüsü:   |  

Məşhur fransız kino rejissor və klipmeyker Mişel Qondri Britaniya supermarket şəbəkəsi olan “John Lewis” üçün milad ərəfəsində qısa qısametrajlı film çəkib.

Facemark.az adindex.ru-ya istinadən xəbər verir ki, WUV nəşri qeyd edir ki, qısametrajlı film məşhurluğu bir anda fəth edib.

Balaca uşaq ilə canavarın dostluğundan bəhs edən çarx gözəl və təsirli alınıb. Rejossorun özü qeyd edib ki, qısametrajlı film o qədər təsirli olub ki, onun rəfiqəsi ona baxdıqdan sonra ağlayıb.

Video bir uşağın həyatında fantaziya və xəyal gücünün nə qədər önəmliliyini və bunları necə inkişaf etdirməli olduğunu “John Lewis”dən alınan hədiyyələr vasitəsilə göstərir.

Kampaniya “Adam & Eve / DDB” tərəfından inkişaf etdirilib. Rolik onlayn ingilis televiziyalarında, “YouTube”, “Facebook”, “Google”un əsas səhifəsində #MozTheMonster həştəqi ilə paylaşılıb.

Çarx markanın “Facebook” səhifəsində paylaşılmasından 7 saat sonra təxminən 3 milyon baxış sayı qazanıb.

Facemark.az həmin videoçarxı təqdim edir:

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.