Ordan-Burdan » Messenger'dən Marakalara Reklamlar Üçün Yeni Fürsət
Tarix : 2017-07-13 16:37:59 | Baxılıb : 156
Font Ölçüsü:   |  

Facebook, markaları potensial müştəriləriylə görüşdürən Messenger Reklamları (Messenger Ads) funksiyasını bütün dünyada istifadəyə verəcəyini açıqladı. Markalar, Messenger Reklamları sayəsinde dünyada ayda 1,2 milyarddan çox insanın istifadə etdiyi və aylıq paylaşılan mesaj sayının 2 milyardı keçdiyi Messenger üzərindən reklam verərək geniş bir kütləyə çata biləcək.

Bütün dünyada tətbiq edilməyə qoyulacaq Messenger Reklamları ilə reklam verənlər, gələcək aydan etibarən Messenger üzərindən istifadəçilərə reklamlı paylaşım təqdim edə biləcək.
İlk mərhələdə Facebook istifadəçilərinin məhdud bir bölümü bu ay sonundan etibarən Messenger reklamlarını görə biləcək, bu funksiya yaxın zamanda bütün dünya səviyyəsində Facebook istifadəçilərinə çatacaq. Facebook, Messenger Reklamları ilə müştərilərin gözləntilərinə uyğun olaraq yeni məhsullar hazırlamaq və məhsulların təsirlərini daha yaxşı müşahidə edə bilmək fürsəti tapacaq.

Markalara Facebook istifadəçilərinə çataraq reklam sahəsində önəmli rahatlıq təmin edən Messenger Reklamları, Xəbər Lenti’ndən əlavə Instagram və Audience Network üzərindən də reklam vermə imkanı verir. İtifadəçilər, Messenger’in mobil tətbiqində yer alan reklamlara klikləndikdə, Messenger ya da yönləndiriləcəkləri səhifə üzərindən marka ilə bir-başa əlaqə qura bilir.

14 ölkədə istifadəçilərin 59 %'i son iki ildə Messenger’i daha çox istifadə etdiklərini vurğularkən, Messenger istifadəyə verildiyindən bu günə 100 mindən çox Messenger Bot istifadəyə verildi.