Buna bir ad ver » “Microsoft Azerbaijan” və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb
Tarix : 2017-01-16 14:43:30 | Baxılıb : 421
Font Ölçüsü:   |  

Bu gün Bakıda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Microsoft Azerbaijan” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır: “İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi və “Microsoft Azerbaijan” şirkəti arasında artıq uğurlu əməkdaşlıq nümunəsi mövcuddur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən yaradılan Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası “Microsoft”un “Azure” platfomasından istifadə edir. Bunula yanaşı, tərəflər Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək məqsədilə əməkdaşlığa başlayırlar. Sözügedən memorandum bu istiqamətdə atılan vacib bir addımlardan biridir”.

Öz növbəsində tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov çıxış edib və bildirib ki, tərəflər arasında imzalanan memorandum “Microsoft”un Azərbaycan üzrə hazırladığı Milli Planın bir hissəsidir: “Milli Planın əsas komponentlərinə isə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir. “Microsoft Azerbaijan” qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə ölkə iqtisadiyyatının davamlı inkişafına dəstək olmağa çalışırıq.Əhəmiyyətli bir dövrdə tərəflər arasında imzalanan memorandum bir çox yeni layihələrin reallaşmasına, həmçinin yeni dəyərin yaradılmasına imkan verəcək. “Microsoft” Korporasiyasının bir çox müasir xidmət və məhsulları mövcuddur ki, fikrimcə, bunun və qarşılıqlı əməkdaşlıq nəticəsində qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür”.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov əməkdaşlığa dair memorandumu imzaladılar. Memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini əhatə edir. Bunula yanaşı, sənəddə milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin hazırlanması, inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyanın müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri də yer alır.

Bu bölməyə aid digər xəbərlər.