bu işdə bir niş var » Microsoft'dan yeni Windows 10 telefon!
Tarix : 2017-07-10 14:19:20 | Baxılıb : 124
Font Ölçüsü:   |  

Qısa bir aradan sonra ağıllı telefon bazarına yenidən giriş etməyə hazırlaşan teknologiya nəhəngi, Thurrott.com idarəçi editoru Brad Sams tərəfindən verilen məlumata göre, yeni yuxarı sinif Windows 10 əməliyyat sisteminə sahib olan telefonun prototipinin şirkət tərəfindən araşdırılmaqda olduğunu bildirdi.

Ağıllı telefon bazarına sərt bir giriş edərək unutdurduğu adından yenidən söz etdirməyi planlayan Microsoft'un qarşımıza bir ağıllı telefonla yoxsa tabletle çıxacağı hal-hazırda 100% dəqiq deyil. Ancaq gələn məlumatlar Microsoft'un yeni ağıllı telefonu üzərində işlədiyini göstərir.

Brand Sams, yeni çıxarılacaq olan telefonun şirkətin ağıllı telefon bazarındakı boşluğu kifayət qədər dolduracağını və bazardakı rəqabəti qızışdıracağını da qeyd etdi.

Yeni istehsal ediləcək telefonun texniki xüsusiyyətləri haqqında hələki bir məlumat paylaşılmayıb. Amma yeni Windows 10 telefonun, ən çox Artırılmış Gerçəklik (AR) və Virtual Gerçəklik (VR) mövzuları üzərinə diqqətləri yönəldəcək olması olduqca həyəcan verici detallar arasında yerini almaqdadır.

2018-ci ilin ortalarında gün üzünə çıxacaq olan bu telefon yüksək qiyməti və xüsusiyyətləriylə diqqətləri öz üzərinə toplayacaq. Hər nə qədər Microsoft, Windows cihazlarıyla uğurlu bir qrafik izləsə də ortalıqda dolaşan bu söhbətlər istifadəçiləri təkrardan həyəcanlandırmağa yetir. İrəliləyən günlərdə bu yeni Windows 10 telefonun haqqında daha detallı məlumatların gün üzünə çıxardılması gözlənir.

Bu bölməyə aid digər xəbərlər.