digimark » Moskvada “iPhone X”in satışlarının başlaması ajiotaj yaradıb - Foto+Video
Tarix : 2017-11-03 11:26:00 | Baxılıb : 191
Font Ölçüsü:   |  

“Apple”ın yeni “iPhone X”in modelinin Moskavada satışa çıxarılması paytaxt sakinləri arasından ajiotaja səbəb olub.

Facemark.az Ria.ru-ya istinadən xəbər verir ki, Tverskaya küçəsində yerləşən “re:Store” mağazasına təxminən 500 nəfər axın edib.

“Re:Store” mağazasının nümayəndəsi Lyüdmila Semuşina deyib ki, növbə yeni modelin satışa çıxarılmasından bir neçə gün əvvəl yaranıb:

“Belə hadisə birinci dəfədir ki baş verir. Biz bu qədər insan gözləmirdik”, - deyə o bildirib.

Satışlar bu gün saat 8-dən başlayıb. Açılışdan iki saat qabaq isə alıcılara üzərində telefonun nömrəsi və modeli olan qolbaqlar paylanılıb.

Onun sözlərinə görə, hazırda ən populyar model iPhone “boz kosmos” 256 QB-dir.

Qeyd edək ki, Apple-ın yeni modelinin Rusiyada bazar qiyməti təxminən 79990 rubldur. (2335 manat-red.)

Bu bölməyə aid digər xəbərlər.