Ordan-Burdan » Mükafat axtarmayanları mükafatlandırın!
Tarix : 2016-12-14 11:42:43 | Baxılıb : 443
Font Ölçüsü:   |  

Yeni il ərəfəsində Ferrero Rocher brendi mayak növbətçisi haqqında video çarxı hazırlayıb. Video çarx illərlə, hava şəraitindən asılı olmayaraq dənizçilərə kömək edən, yol göstərən mayak növbətçisindən bəhs edir.


Video çarxın baş qəhrəmanı olan mayak növbətçisi qeyd edir ki, ‘’10 ildən çoxdur ki, bu sahədə çalışır”. Onun üçün ən böyük mükafat efirdə sakitçiliyin olmasıdır. Bu sakitlik o deməkdir ki, dənizdə hər şey qaydasındadır, çətinliyə düşən dənizçi yoxdur. Məhz mayak növbətçisinə görə “Mükafat axtarmayanları mükafatlandırın” adlandırılıb. Nə dənizçilər, nə də mayak növbətçisi bir-birini üzdən tanımır.


Yeni il ərəfəsində Ferrero Rocher brendi sayəsində bu tanışlıq baş tutur. Belə ki, dənizçilər mayak növbətçisinə təşəkkür etmə imkanı əldə edirlər.

Video çarx bir neçə gün ərzində 60.000-dən çox baxış sayı qazanıb.


Çarxı hazırlayan SLAVA agentliyinin direktoru Viktor Sokolov deyir: “Siz valideyninizdən Sizə məktub göndərən poçtalyonu tanıyırsınız? Qarda, çovğunda övladınıza ilk yardıma gələn tibb bacısının adını xatırlayırsınız? Bəs kəskin havada təhlükəsiz eniş edən pilotu necə? Bu insanlar təşəkkür, mükafat gözləmədən öz işlərini vicdanlı şəkildə görür. Bu yeni ildə biz çalışdıq ki, Sizin fikrinizi ətrafınızda fəaliyyət göstərən bu görünməyən qəhrəmanlara yönəldək. İnanın, onların sayı çoxdur. Onlara diqqət edin və əziyyətlərinə görə təşəkkür edin!”

Bu bölməyə aid digər xəbərlər.