Buna bir ad ver » NASA və Amazon bir ilkə imza atır
Tarix : 2017-04-14 14:38:50 | Baxılıb : 602
Font Ölçüsü:   |  

Amerika Birləşmiş Ştatları Milli Aviasiya və Kosmos Dairəsi NASA, Amazon Web Service ilə kosmosdan 4K canlı yayın etmək üçün əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində ISS (Beynəlxalq Kosmos Stansiyası) 4K həllolma əmsalı canlı video yayın etməyə hazırlaşır.

Bu ilk canlı yayın 26 Aprel tarixində reallaşacaq. Bu yayın dünya xaricində reallaşacaq ilk 4K canlı yayın olacaq. Bu nəşrin edilə bilməsi üçün Amazon Web Services texnologiyalarından faydalanılacaq.

Canlı yayın sonrası NASA, məzmunu rəsmi internet saytı üzərindən hər kəsin izləməsinə çıxaracaq. NASA və Amazon Web Services bu layihə ilə maraqlı detalların ortaya çıxarmaqla unikal bir təcrübə keçməyi hədəfləyir.

Bu bölməyə aid digər xəbərlər.