Buna bir ad ver » “Nə? Harada? Nəzaman?” üzrə V Azərbaycan Çempionatı keçirildi
Tarix : 2016-12-20 16:31:13 | Baxılıb : 161
Font Ölçüsü:   |  

Azərbaycan İntellektual Oyunlar Federasiyası təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə V Azərbaycan Çempionatı təşkil olundu. Azərbaycan intellektual oyunlar hərəkatının peşəkarlarından ibarət 34 komanda ölkə çempionu adı uğrunda mübarizə apardılar.

Türyan Məmmədov və Əşrəf Paşabəylinin redaktorluğu ilə hazırlanan 60 sualdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qaldı. Dörd turun yekununda “Avangard” komandası rəqibləri qabaqlayaraq Azərbaycan çempionu adını qazandı. Vendetta komandası ikinci, “Diplomat” komandası isə üçüncü yeri tutdu.

Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” üzrə V Azərbaycan Çempionatının keçirilməsi ilə ölkədə 2016-cı ildə intellektual oyunlar mövsümünə son qoyuldu. “Nə? Harada? Nə zaman?” üzrə V Azərbaycan Çempionatı yubiley turniri olmaqla ölkədə anadilli intellektual oyunlar hərəkatının yaradılmasının 15 illiyi ilə eyni vaxtda qeyd olundu.

Bu bölməyə aid digər xəbərlər.