Buna bir ad ver » Neftin qiymətləri iki ilin ən yüksək səviyyəsinə çatıb
Tarix : 2017-10-27 10:11:23 | Baxılıb : 79
Font Ölçüsü:   |  

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Facemark.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09:10-a olan məlumata görə, WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 52,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar və ya 0,17% artaraq 59,40 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti 59 dollar olan psixoloji həddi aşmaqla yanaşı, ikiillik maksimuma yaxınlaşıb.

Ekspertlər isə bildirir ki, neftin qiyməti Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin açıqlaması bahalaşdırıb.

Belə ki, nazir bəyan edib ki, OPEC-in hasilatın azaldılması barədə müqaviləsinin 2018-ci ilin mart ayından sonraya uzadılmasını dəstəkləyəcəklərinə razıdır.

Bu bölməyə aid digər xəbərlər.