bu işdə bir niş var » “Nestle” Yaponiyada maraqlı kampaniyaya başladı - FOTO
Tarix : 2017-11-10 14:23:07 | Baxılıb : 147
Font Ölçüsü:   |  

İsveçin qida və içki istehsalçısı olan “Nestle”nin ən önəmli markalarından biri də heç şübhəsiz ki, “KitKat”dır.

Facemark.az Pazarlamasyon-a istinadən xəbər verir ki, “Nestle” Yaponiyada tez-tez bu markaya hədəflənən diqqət çəkici kampaniyalar hazırlayır.

Şirkətin KitKat markasına hədəflənən son kampaniya isə özəlləşdirilmiş qutulara sahib KitKat verən avtomatik satış avadanlığı olub. Yaponlar KitKat-ı hədsiz dərəcədə çox sevir. Hətta, “KitKat” lar özəl butik dükanlarda əl işi olaraq da hazırlanır.

Bununla birlikdə hədiyyə satışı ilə məşğul olan dükanlarda da tapılır və turistlər tərəfindən tez-tez üstünlük verilən hədiyyələr arasında yer alır.

Nestle Yaponiyada yerli xalq və turistlər üçün hədiyyə alış-verişini asan hala gətirməkdən ötrü Kyoto şəhərində yer alan JR Kyoto Stansiyasına xüsusi bir KitKat satış cihazı yerləşdirib.

Avtomatik satış cihazı, insanların ağıllı telefonlarında yer alan hər-hasnı bir fotonu sadəcə 5 dəqiqə içərisində bir KitKat qutusuna həkk edə bilir. KitKat satış cihazının verdiyi qutuların arxasında yer alan özəl qismə isə, KitKat-ı hədiyyə etmək istdiyiniz şəxsin adresini yazabilər, daha sonra onu poçt markası yapışdırıb, poçt qutusuna sala bilərsiniz.

Qutuların dizaynı maraqlı olduğu üçün onları xatirə olaraq da saxlamaq mümkündür. Cihazdan alınan KitKatların içində Yaponların tez-tez üstünlük verdiyi Uji Matcha adlı yaşıl çay ədviyyatı var.

Belə bir hədiyyənin qiyməti isə 400 Yapon yeni və ya 3,5 dollardır. Bu avtomat satış cihazı gələn ilin aprelin ortasına qədər xidmət verəcək.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.