Buna bir ad ver » New Media və Mail.ru-dan “Hədəflənən reklam üzrə ustad dərsləri” təşkil ediləcək
Tarix : 2017-02-04 14:23:51 | Baxılıb : 605
Font Ölçüsü:   |  

Fevralın 7-də “Holiday Inn Baku”da New Media şirkəti ilə Mail.ru-nun birgə təşkilatçılığıyla “Hədəflənən reklam üzrə ustad dərsləri” mövzusunda seminar keçiriləcək.

Tədbirin proqramı kifayət qədər rəngarəng və dolğundur.

Belə ki, seminar iştirakçılarının diqqətinə aşağıdakı mövzular üzrə mühazirələr təklif olunacaq:

- “Bazarın rəqəm və trendləri” (New Media, mühazirənin vaxtı:– 10:00-10:30);

- “Hədəflənən reklamın əsasları” (Aleksandr Konev, myTarget –10:30-11:00);

- “Hədəflənən reklamın yeni alət və trendləri” (Aleksandr Strebkov, myTarget - 11:00-11:30);

- “Biznes üçün Odnoklassnik-lər” (Semyon Boyarskiy, (Odnokassniki) –11:30-12:00);

- Həmçinin “Hədəflənən reklam üzrə myTarget-dən ustad dərsləri” (İqor Vineçkiy, myTarget–12:00-13:00).

Tədbir iştirakçılarına kofe-breyk də (nahar) təklif ediləcək.

Qeyd edək ki, ustad dərslərində iştirak pulsuzdur.

New Media və Mail.ru bu ustad dərslərində iştirak etmək istəyənləri səbrsizliklə gözləyir.

Daha ətraflı məlumatı Facebook səhifəsindən əldə edə bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.