digimark » Nielsen rəqəmsal məzmun qiymətləndirilməsi sistemi təqdim edib
Tarix : 2016-10-03 18:04:41 | Baxılıb : 376
Font Ölçüsü:   |  

Nielsen şirkəti rəqəmsal məzmun auditoriyasının ölçü sistemini təqdim edib. Müştərilər sistemdən sentyabrın 30-dan etibarən istifadə edə biləcək. Digital Content Ratings video və mətn materiallarını analiz edərək, rəqəmsal məzmun auditoriyasının həftəlik ölçüsünü təqdim edəcək.

Qeyd olunur ki, məlumatın həcmi şirkətin TV auditoriyasının analoji araşdırmaları ilə müqayisə olacaq. Nielsen-da hesab edirlər ki, bu məlumatlar nəşriyyat, agentliklər və reklamverənləri dolğun məlumatla təmin edə biləcək ki, bu da onların auditoriyasını düzgün qiymətləndirməyə kömək edəcək. Yeni sistem mövcud Nielsen Digital Ad Ratings sistemini tamamlayacaq.

Bu bölməyə aid digər xəbərlər.