Ordan-Burdan » Nike ənənəvi reklamdan imtina etdi
Tarix : 2016-12-20 17:31:57 | Baxılıb : 323
Font Ölçüsü:   |  

Nike istifadəçiləri idmanla məşğul olmağa motivə edən silsilə çarxlar buraxdı. Çarxlarda kadr arxası səs insanların sosial şəbəkələrə nə qədər və hansı səbəbdən vaxt sərf etdiyini söyləyir.

Mətn ekranın mərkəzində ardıcıl olaraq görünür ki, bu da reklam çarxını Apple-in “Gözünü qırpma” reklamına bənzədir.

Şirkətin əsas çarxı olan “zaman qiymətlidir” adlı reklamında kadr arxası səs insanın gün ərzində 10 saat ekran qarşısında keçirdiyini söyləyir. Reklamın müəllifləri hesab edir ki, bu həyatın 32 ilini təşkil edir. Reklam yaradıcıları səhifələri çevirmək, klikləmək, emojilərlə ünsiyyət qurmaq, başqalarının fotolarına baxmaq kimi hərəkətləri cəfəngiyat hesab edir. Şirkətin fikrincə zaman, onu boş şeylərə sərf etmək üçün çox dəyərlidir.

Digər çarxlarda Nike şirkəti internetdəki daha konkret işlərə müraciət edərək, bildirir ki, onlar sərf olunan zamana dəymir.

Oxşar videoda ekranda tanınmış insanlarla bağlı məşhur sorğular görünür və kadr arxası səs bu informasiyanın idmana sərf edilə biləcək təqribən 45 dəqiqə vaxt aldığını bildirir. Həmçinin kampaniya çərçivəsində Nike “Şəkillər”, “Dostlar” və “Fikir” adlı oxşar süjetli çarxlar buraxıb.

Bu bölməyə aid digər xəbərlər.