Ordan-Burdan » Nike idman formasında hicab buraxdı
Tarix : 2017-03-14 13:41:33 | Baxılıb : 367
Font Ölçüsü:   |  

İdman paltarı və aksessuarları istehsalçısı Nike müsəlman qadınları üçün hicab buraxıb. Nike Pro Hicab innovativ nəfəs alan parçadan düzəldilib. Onun hazırlanmasında professional dizaynerlərlə yanaşı, hər gün hicab taxan idmançı qadınlarda iştirak edib.

Bu aksessuar tünd və neytral rənglərdə mövcud olacaq və satışa 2018-cil iliin əvvəllərində çixacaq. Yaxın Şərqə hədəflənmiş kampaniyada Misir qaçağanı, Nike + Run Club məşqçisi Malal Rostom və BƏƏ-dən fiqurlu konkisürən Zəhra Lari iştirak ediblər.

Dizaynerlər komandası İslam adətlərini nəzərə almağa çalışıb və bunun üçün yerli cəmiyyətin fikrini öyrəniblər. Nike qeyd edir ki, onlar Bill Bauermanın “Əyər bədənin varsa – atletsən” devizini təqib edirlər.