Ordan-Burdan » Nissan yeni reklamında at gücünü vizuallaşdırdı
Tarix : 2017-10-18 17:39:33 | Baxılıb : 240
Font Ölçüsü:   |  

Nissan brendinin yeni yumoristik reklamında avtomobilin başlığının (kapotunun) altında oturan lovğa ponilərin sahiblərinə qarşı rişxəndli rəftarı əks olunub.

Nissan avtomobilinin saytında verilən məlumata əsasən, istehsalçılar X nəslinin (generation X) nəzərini cəlb etmək üçün digər reklamlardan fərqli olaraq belə əyləncəli reklam çarxı çəkiblər. Video Nissan TITAN modelini tanıtdırır. Adətən bu sinifin avtomobillərini təqdim edərkən güc və etibarlılığa diqqət çəkilir, amma bu dəfə marka sadəcə güldürməyə qərar verib.

Nəticədə, kompaniya at gücünü vizuallaşdırmaqla yanaşı, onu həm də sahibini lağa qoyan kobud ponilər kimi təqdim etdi.

Video YouTube kanalı NissanUSA-də və markanın veb-saytında göstərilir.

Reklam ABŞ TBWA \ Chiat \ Day agentliyi tərəfindən hazırlanmışdır.

Bu bölməyə aid digər xəbərlər.