digimark » Nokia Android sistemli smartfon buraxdı
Tarix : 2017-01-09 11:29:35 | Baxılıb : 674
Font Ölçüsü:   |  

HMD Global şirkəti Android platformasında işləyən ilk smartfonu buraxdı. Nokia 6 adını almış qurğu 5,5-düym ekranına, 16 meqapikselli kameraya və 4 Gb operativ yaddaşa malikdir. Smartfon Android 7.0 Nougat əsasında işləyəcək.


Telefonun dəyəri 246 dollar təşkil edəcək. Qurğu yalnız Çin bazarında satılacaq.


Şirkət Nokia 6-dan əlavə, 2017-ci ilin əvvəllərində daha iki smartfon buraxmaq niyyətindədir.


HMD Global “Nokia” brendi adı altında smartfon buraxmaq hüququnu 2016-cı ilin yazında Microsoft-dan 350 milyon dollara əldə etmişdir.

Bu bölməyə aid digər xəbərlər.