digimark » Nokia və Apple məhkəməlik oldu
Tarix : 2016-12-27 12:07:20 | Baxılıb : 408
Font Ölçüsü:   |  

Finlandiyalı telekommunikasiya şirkəti Nokia, Apple-ı patent pozuntuları səbəbiylə məhkəməyə verdi.


Almaniyanın Düsseldorf, Mannheim, Münhen və ABŞ Texas Region məhkəmələrində açılan Nokia iddiaları, istifadəçi interfeysləri, proqram təminatı, chipset və video kodlama patenti kimi başlıqları əhatə edir.


Nokiadan edilən şərhdə: "2011-ci ildən bəri Nokia texnologiya portfoliosundakı lisenziyalı patentlər, Nokianın bu mövzudakı tələbinə qarşı Apple məhsullarında lisenziyasız şəkildə istifadə edilir" deyildi. Apple isə bu mövzuda hər zaman diqqətli davrandığını və ödəmə etdiyini, amma Nokia-nın adil qiymət ödənişi siyasəti yerinə yetirmədiyini iddia edir. Buna görə də Apple öz növbəsində Nokia-ya haqsız qazanc əldə etmək istəyi iddiası ilə məhkəmə prosesi başladıb.

Növbəti illərdə texnologiya sahəsini maraqlı günlər gözləyir.