Ordan-Burdan » Nutella mart ayında Türkiyədəki istehsalı 50% artıracaq.
Tarix : 2017-02-09 12:09:08 | Baxılıb : 558
Font Ölçüsü:   |  

Nutella da istifadə olunan palm yağının xərçəngə gətirib çıxardığı istiqamətində mətbuatda çıxan bəzi xəbərlərlə gündəmə gələn İtalyan Ferrero Qrupu, 10 milyon euroluq sərmayə həyata keçirəcəyi yeni xəttini Mart ayı etibarilə dövrəyə alır.

Manisa fabrikinin qapılarını istehlakçı və mətbuat mənsublarına açan qrup, tutumunu yüzdə 50 nisbətində artıracaq. Jurnalistlərin suallarını cavablayan Ferrero Türkiyə Ümumi Müdiri Əzmi Gümüşlüoğlu, Nutella'nın Türk fındığının ən böyük alıcısı olduğunu qeyd edərək 1 milyard qab ilə Türk fındığının dünyanın hər küncünə çatdığını ifadə etdi. Hal-Hazırda Türkiyədə 1 milyard euroluq bir iş həcmi icra etdiklərini bildirən Gümüşlüoğlu : "Burada etdiyimiz istehsalla 3 qitədə 100-dən çox ölkəyə ixrac edirik. Ferrero olaraq Türkiyənin böyük potensialına inanırıq, güvənirik. Bu inanc, güvən və könül rahatlığı ilə investisiyaya davam edəcəyik. Mart ayında yeni sərmayələrlə Nutella istehsalında tutumumuzu 100/50 artıracağıq " dedi.

Keçdiyimiz günlərdə Nutella ilə əlaqədar çıxan söz-söhbətlərin ardından Nutella tərəfindən bir şərh gəlmişdi. Gümüşlüoğlu, Nutella'nın Avropada rəflərdən endirildiyi istiqamətindəki xəbərlərin əsassız olduğunu təkrar vurğuladı və bütün böyük müştərilərlə müqavilələrinin davam etdiyini ifadə etdi. Digər tərəfdən "Dünya Nutella Günün" də Ferrero Qrupu ictimai media və internet saytı üzərindən alınan 7 mindən çox müraciət nəticəsində seçilən istehlakçılar Manisada qonaq edildi.

Bu bölməyə aid digər xəbərlər.