Buna bir ad ver » Ölkəmizdə ilk dəfə satış forumu keçiriləcək!
Tarix : 2017-01-18 11:01:58 | Baxılıb : 1460
Font Ölçüsü:   |  

11 Fevral tarixində Park Cinema Metropark-da ölkəmizin ilk satış forumu keçiriləcək.


Forumun məqsədi iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.

Forumda 4 nəfər yerli spiker və qonaq spikerin çıxışı planlaşdırılıb. Saat 09:00 -da başlayan forum 18:00-dək davam edəcək.

İştirak biletlədir. Satış və marketinq mütəxəssisləri, biznes sahibləri və bu sahəyə marağı olan hər kəs iştirak edə bilər.

Biletin qiyməti: 25 AZN

Biletləri kassir.az saytından online və +994502411143 nömrəyə sifariş etməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur.

Ətraflı məlumat üçün: facebook.com/satforum.az

Bu bölməyə aid digər xəbərlər.