bu işdə bir niş var » “Paradise Papers”: “Apple” milyardlarla dollar vergidən yayınıb – FOTO
Tarix : 2017-11-10 10:54:13 | Baxılıb : 48
Font Ölçüsü:   |  

“Paradise Papers” sənədlərinə görə, dünyanın ən böyük şirkəti olan “Apple” vergi ödəmələrində milyardlarla dollar yayınmaq üçün yeni və gizli bir yola əl atıb.

Facemark.az BBC-ə istinadən xəbər verir ki, sənədlərdə göstərilir ki, ABŞ şirkəti “Apple” beynəlxalq əməliyyatlarını vergi “cənnətinə” keçirmək üçün danışıqlar aparıb.

Güman olunur ki, “Apple” 2013-cü ildə İrlandiyadakı mübahisəli vergi ödənişlərdən də bu yolla yayına bilib.

Son üç ildə 35 milyard dollarlıq gəlir vergisi ilə dünyanın ən çox vergi ödəyən şirkəti olmağı bacaran “Apple” isə etdiyi açıqlamada, qanunları pozmadıqlarını bildirib: “Heç bir ölkədəki vergi ödəmələrini azaltmamışıq”, - deyə şirkətin rəsmiləri deyib.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.