Ordan-Burdan » PAŞA Sığortadan KASKO əldə edənə avtomobil üçün uşaq oturacağı hədiyyə!
Tarix : 2017-10-03 15:44:55 | Baxılıb : 197
Font Ölçüsü:   |  

PAŞA Sığorta şirkəti uşaqların təhlükəsizliyini düşünərək avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə müraciət edəcək müştərilər üçün “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” adlı kampaniyaya start verir. Beləliklə, 3 noyabr tarixinədək minimal 450 AZN məbləğində KASKO sığortası üzrə müraciət edəcək müştərilər uşaqlar üçün nəzərdə tutulan avtomobil oturacağını hədiyyə olaraq əldə edəcəklər.

KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (PASHA Insurance) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Qeyd edək ki, “KASKO Almaq Sizdən, Uşağınız üçün Avtomobil Oturacağı Bizdən!” kampaniyası uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilir.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Bu bölməyə aid digər xəbərlər.