bu işdə bir niş var » “Pepsi”dən içki sifariş etməyə yarayan yeni xidmət – Chatbot + VİDEO
Tarix : 2017-11-09 17:45:00 | Baxılıb : 199
Font Ölçüsü:   |  

Böyük marağa səbəb olan konfranslara qatıldınızsa, bilirsiniz ki, nəsə sifariş etmək üçün uzun növbələr gözləməlisiniz.

Facemark.az Pazarlamasayon.com-a istinadən xəbər verir ki, bu çox zaman əlavə vaxt alır və cansıxı hala çevrilir. Buna görə də, müştərilər içki almaq istəməyib fikirlərindən daşınırlar.

Dünyaca məşhur içki markası olan Pepsi bu problemin öhdəsindən gəlmək üçün son dövlər sıx-sıx istifadə olunmağa başlayan chatbot texnologiyasından faydalanıb.

Alienow adlı rəqəmsal marketinq agentliyi Dubayda keçirilən “Fashion Forward” konfransında yalnız Pepsi şirkəti üçün Pepsi Bot-tler adlı chatbot hazırlayıb.

Konfransda iştirak edənlər, Pepsi afişalarının üzərindəki Pepsi Messenger kodu vaitəsilə, ya da “Facebook Messenger” tətbiqi vasitəsilə chatbot-a qoşula bilirdilər.

Daha sonra isə iştirakçılar chatbot vasitəsilə söhbət başlayıb, istədikləri içəcəkləri sifariş edə bilirdilər. İçki hazır olduqdan sonra isə onları chatbot vasitəsilə məlumatlandırırdılar.

Hələ ki, Pepsi şirkəti bu texnologiyadan yuxarıda adını çəkdiyimiz konfransda istifadə edib. Amma gözlənilir ki, yaxın zamanlarda bu texnologiyadan müştərilərin sıx olduğu kafe və restoranlar da da istifadəsi əlçətan olacaq.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.