Ordan-Burdan » Pokémon Go 1 yaşını qeyd edir
Tarix : 2017-07-10 19:00:49 | Baxılıb : 74
Font Ölçüsü:   |  

Keçen yay oyun dünyasına bomba kimi düşən, AR texnologiyasından istifadə edən Pokémon Go‘nun birinci ildönümü, dünyanın fərqli yerlərində müxtəlif fəaliyyətlərlə qeyd edilir.

Oyunun yaradıcısı Niantic, bir sıra oyun daxilində fəaliyyətlərlə müəyyən bir müddət ərzində oyunçulara Pokémon Go əşyaları qazanma və xüsusi Pokémon’lar ovlama şansı verəcək.

Oyunun birinci yaşını qeyd etmək istəyən şəxslər Ash Ketchum’un papağını taxaraq, 24 İyul'a qədər xüsusi Pikachu’lar tuta biləcəklər. Həmçinin, il dönümünə özəl olaraq; içində raid pass’lar, yeni Pokémon’lara sahib olmaq üçün istifadə edilən incubater’lar, ultra ball’lar və Pokémon’lara can verən max revive’lərin olduğu endirimli qutulara sahib oluna bilinəcək.

Birinci ili dünyanın müxtəlif şəhərlərində fərqli formalarda gerçəkləştirilərkən, 22 İyul'da ABŞ’da yerləşən Chicago Grant Park’ta Pokémon Go festivalı təşkil ediləcək. Tədbirdə oyunçular, daha əvvəl heç görülməmiş bir Pokémon və profil səhifələrinə əlavə edə biləcəkləri yeni bir medal ilə qarşılaşacaqlar.

Mənbə: Digitalage