Ordan-Burdan » Procter & Gamble agentliklərin sayını iki dəfə azaltdı
Tarix : 2016-12-02 15:10:18 | Baxılıb : 333
Font Ölçüsü:   |  

AdAge-in verdiyi məlumata görə, Procter & Gamble şirkəti reklam və PR agentliklərinin sayını 50% azaldıb. P & G şirkətinin marketinq direktoru Marc Pritchardın sözlərinə görə, üç il əvvəl şirkət marketinqə demək olar ki, 8 milyard dollar xərcləyirdi. P&G-ın işlədiyi altı min agentlikdən yalnız yarısı qalıb. İndi reklamverənin biznesi üç böyük holdinq şirkətlər arasında bölüşdürülür - Omnicom, Publicis və WPP.

Mark Pritchard həmçinin qeyd edib ki, şirkət reklam yaradarkən open source kreativinə keçmək imkanlarını öyrənir. Şirkət bəzi brendləri üçün media iştirakını genişləndirmək niyyətindədir: məsələn, Tide reklamı məşhur amerika teleşou və internet saytlarında, Febreze sosial şəbəkələrdə və online videolarda daha fəal təşviq olunacaq, Pampersə isə daha dəqiq hədəfləmə aparılacaqdır.

Son iki il ərzində P & G demək olar ki, yüzlərlə faydasız markalardan xilas olaraq, aktivində yalnız 70-80 marka saxlamışdır. Ötən il şirkət həmçinin, agentliklərin siyahısını 40% azaltmışdır ki, bu da ona 300 milyon dollar qənaət etməyə imkan verdi. Sentyabrın 30-da başa çatan 2016-2017-ci maliyyə ilinin birinci rübündə P & G şirkətinin xalis mənfəəti 2,8 milyard dollar artıb. Satışlar faktiki olaraq dəyişməz qalıb və 16,52 milyard dollar təşkil edib, lakin 16,49 milyard dollar səviyyəsində analitiklərin gözləntilərini ötüb. P & G çox illik plan çərçivəsində xərclərini 10 milyard dollara qədər azaltmaq niyyətindədir.

Bu bölməyə aid digər xəbərlər.