Ordan-Burdan » Qadınların müstəqil olduğu gün Hindistan da həqiqi müstəqilliyini qazanacaq!
Tarix : 2017-08-16 12:47:20 | Baxılıb : 301
Font Ölçüsü:   |  

"Bir qadının gecə yollarda sərbəst şəkildə gəzə bildiyi gün, bax, o gün Hindistan həqiqətən müstəqilliyini qazanıb deyə bilərik."

Yuxarıdakı sözlər, Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Gandhi'yə aiddir. Hindistan isə bu gün (15 avqust) Birləşmiş Krallıqdan ayrılıb müstəqilliyə qovuşmasının 70-inci ilini qeyd edir. Ancaq Hindistanlı qadınlar, azadlıq mövzusunda hər nə qədər bir xeyli yol qət etmiş olsa belə özləri üçün nəyin yaxşı, nəyin pis olduğu mövzusunda hələ də xarici faktorların təzyiqi altında yaşayırlar.

Hindistanlı motosiklet markası Bajaj Avenger və reklam agentliyi Mullen Lintas Bombay isə ölkənin müstəqilliyə qovuşmasının ildönümündə, qadınları azadlıqlarını yollarda tapmaları mövzusunda cəsarətləndirən bir reklam kampaniyasına imza atır. "#RideYourIndependence" adlı kampaniya ilə ölkənin azadlığına qovuşduğu gün qadınlar üçün fürsətə çevrilir və Gandhi'nin sözü üzərindən qadın azadlığının əhəmiyyəti vurğulanır.

Qeyd edək ki, sosial platformalarda yayımlanan reklam filmi sıx maraq görüb.

Aşağıdakı link'ə klikləməklə reklam filminə baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=Jh8dnVF0Wa4

Mənbə: mediacat

Bu bölməyə aid digər xəbərlər.