Ordan-Burdan » Qaradərili maneken ilə olan reklam Çexiyada qalmaqal yaratdı
Tarix : 2017-01-10 12:06:56 | Baxılıb : 312
Font Ölçüsü:   |  

Lidl supermarketinin çex bölməsi öz Facebook səhifəsində növbəti reklamı dərc edərkən, heç kim düşünmürdü ki, bu reklam bu cür qalmaqal doğuracaq. Lakin bu baş verdi – dəbli geyim kataloqunda qaradərili manekenin olması bir çox irqçi şərhlərin yaranmasına səbəb oldu.

Hadisəni əslində tam gözlənilməzlik adlandırmaq olmaz: Çexiya miqrantlar və qaçqınlar probleminə kifayət qədər ciddi yanaşır və Çexiya Respublikasında əcnəbilərin payı cəmi 4,5% təşkil edir. Bununla belə, burada son aylarda “Antiislam blok”u kimi ksenofobiya qruplaşmalarının populyarlığı artmaqdadır.

Supermarketin rəhbərliyi irqçi fikirlərin müəlliflərinə cavab olaraq, xatırladmağa çalışıb ki, biz multikultural dünyada yaşayırıq. Lakin əsəbi istifadəçilər bildirib ki, onların reklamındakı tolerantlıq çexlərin yerinə bütün dünya modellərinin nümayişində ifadə edilir. Bütün bunlardan əlavə söhbət multikulturalizm siyasəti sayəsində "ağ irqin məhv edilməsi" haqqında da getmişdi.

Facebook-dakı post 6 yanvar cümə gününün ikinci yarısında dərc edilmişdi və rekord sayda baxış, layk və şərh yığmışdır. Bununla belə, şərhlərdə dözümlülük tərəfdarları da az deyildir.

Lakin buna baxmayaraq, bu qədər şiddətli mübahisələrə səbəb olmuş reklam saytdan və səhifədən silinmişdir.