bu işdə bir niş var » Qida marketinqi: 2018-ci ildə görəcəyiniz 5 qəribə qida çeşidi
Tarix : 2017-11-15 10:35:52 | Baxılıb : 113
Font Ölçüsü:   |  

Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, “Whole Foods” ekspertləri 2018-ci ildə istehlakçılar arasında məşhur olacaq məhsullar haqqında öncədən proqnoz veriblər”, - deyə Time nəşri yazıb.

İlk baxışda siyahı qəribə görünə bilər, amma məhsulları analiz etdikdə hər şey öz yerinə oturur.

Bu arada Amerikan supermarket şəbəkəsi “Whole Foods” özəlliklə sağlıqlı məhsullar təqdim etməklə məşhurlaşıb, nəinki içərisində rənglər və kimyəvi maddələrin olduğu konservalar kimi.

Beləliklə, insanların 2018-ci ildə istehlak edəcəkləri 5 qəribə qida növünü təqdim edirik:

- Göbələkli kofe: İmmun sisteminin dəstəyi və ya antioksidləşdiricilərin səviyyəsinin artımı üçün göbələk demək olar ki, bütün məhsullara əlavə olunacaq. Hətta müxtəlif həlimlərə, çay, kofe, qəhvəyə. Göbələyin müxtəlif növləri istifadə oluna bilər, amma hamısı sağlamlıq üçün faydalı olmalıdır. Məsələn, göbələyin çaqa növü kimi. Göbələk qarışımı hətta sabun və saç baxım məhsullarında da ola bilər.

- Ət, süd, balıq yerinə istifadə olunacaqlar: İnsanlar arasında vegeteranlıq daha populyar hala gəlməyə başlayıb. Təkcə, meyvə-tərəvəz deyil, eyni zamanda balıq və içərisində fındığın olduğu yoğurt yerinə pomidorlu suşiyə üstünlük veriləcək. İstehsalçılar yeni qida məhsullarının əvvəlki dadını saxlamağa çalışacaqlar.

- Tərəvəzlərin təmizlənməsi: Güman edilir ki, əvvəllər atılan məhsullar indi yeməyə əlavə olunacaq. Məsələn, kökün saplaqları, qarpız qabıqları, brokkolinin kötükləri.

- Toz şəklində qidalar: Kələm, kök, müxtəlif otlardan alınan protein tozları, nəinki yeməklərin, o cümlədən içkilərin içərisinə əlavə olunacaq.

- Çiçəklər: Onlar təzə və ya qurudulmuş vəziyyətdə yeməyə əlavə ediləcək. Hətta bu il bəzi məhsullarda lavanda və çəmən təravəti iyi gəlirdi. Bu il isə qidalara qızılgül və hibiskuslar əlavə olunacaq.

Başqa dəbdə olan qida trendlərinin arasında “Whole Foods” mütəxəssisləri şəkərsiz soda içkilərini seçiblər.

Amma bununla belə istehlakçılar yeni qida trendlərində istifadə olunacaq məhsullar haqqında, onların istehsalı və tərkibi barədə dolğun informasiya almaq istəyəcəklər.

Bu bölməyə aid digər xəbərlər.