bu işdə bir niş var » "Biznes proseslərinin avtomatlaşdırılması üçün doğru həllər təklif edirik"
Tarix : 2017-02-21 08:16:41 | Baxılıb : 408
Font Ölçüsü:   |  

BMS Global MMC-nin direktoru İsa Abbasovun "Marja"-ya müsahibəsini Sizinlə paylaşırıq.

Şirkət haqqında məlumat

BMS Global şirkəti əsasən texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb.

Şirkətimizin əsasən istiqmətlərindən biri ERP sistemlərinin tətbiqi və müəssisələrdə Biznes proseslərin avtomatlaşdırılmasıdır. BMS Global şirkəti ERP sistemləri sırasında xüsusi yer alan və dünyanın lideri olan Almaniyanin SAP Şirkətinin məhsullarını Azərbaycanda tətbiqini və texniki dəstəyinidə uğurla həyata keçirir.

SAP AG (Systems, Applications & Products), biznes proseslərini və müştəri ilə əlaqələri idarə etmək üçün qurulmuş beynəlxalq alman korporasiyasıdır. 1972 – ci ildə əsası qoyulmuş, 130 dan çox ölkədə regional ofisləri olan SAP – nin baş ofisi Almaniyanın Walldorf qəsəbəsində yerləşir. Şirkət, dünyanın 180 ölkəsində 345 000 – dən artıq müştəriyə xidmət göstərir.

Bizim yerli mütəxəssislərimizin 15 ildən artıq təcrübəsi müştərilərimizin uğurunun ayrılmaz bir hissəsidir. Bizim gücümüz özəl sektor və dövlət strukturlarının biznes proseslərini analiz edib onların ehtiyaclarına uyğun strategiyalar hazırlayıb, bizneslərinin inkişafı üçün töhvələr verməkdir.

-Niyə SAP ? Azərbaycanda bahalı proqram təminatı kimi tanınır və bu gün Azərbaycanda buna ehtiyac varmı?

-SAP şirkətinin həlləri bir neçə istiqamət üzrə təqdim olunur bunlar: Kiçik, orta və boyuk müəsisələr üçün nəzərdə tutulmuş həllərdir. Kiçik və orta ölçülü müəsisələr üçün bazarda beynəlxaq təcrübəyə əsaslanan və yerli qanunvericiliyə tam uyğunlaşdırılmış SAP şirkətinin Business One məhsulunu qiymət baxımından çox uygun hesab edirik. Bu məhsul son zamanda bütün dünyada ən sürətlə inkişaf edən tətbiq kimi qiymətləndirilir. Qeyd etdiyimiz proqram təminatı Azərbaycanda təqdim olunanan bütün məhsulların arasında N1 olmasının səbəbi sistemin muhasibat uçotu, servislərin və mal materialların (anbar uçotu), insan resurslarının uçotu və idarə edilməsini mərkəzləşmiş şəkildə əhatə etməsidir.

-Müəssisə rəhbərləri ERP seçərkən nəyə diqqət yetirməlidir?

-İlk növbədə rəhbər özü üçün aydınlaşdırmalıdır. Müəssini hansı mövqedə görmək istəyir. Hesab makinası və Excel əməliyatlarını arxivləşdirmək istəyir, yoxsa dünya və avropa şirkətlərinin təcrübəsini ofisinə daşımaq istəyir. Birinci halda yaxın qonşularımızın hazırladığı və eləcədə yerli mütəxəssislərimiz tərəfindən hazırlanmış həllərdən istifadə oluna bilər. Doğru yolu tapmış rəhbərlər isə bunun sirrini heç kəsə verməməklə yeni naliyyətlər axtarışındadır.

-Krizis zamanı şirkətinizin işləri barəsində nələri qeyd edə bilərsiniz...

Bilirsiniz ki, krizis sözünün mənası həll və ya yeni imkanlar deməkdir. Krizis vaxtı İT sahəsi inkişaf üçün təkan alır, necə ki elm ikinci dunya muharibəsində inkişaf etmişdi. Çünki İT hər zaman optimal və qənaətcil həllər axtarışındadı. Bizdə BMS Global olaraq öz müştərilərimizi düşünərək onlara ən optimal və effektiv həllər təklif etməklə onların yanındayıq. Krizis zamanı şirkətin proseslərində optimallaşdırmanın zərurəti daha qabarıq şəkildə üzə çıxır. Anbar qalıqlarının izlənməsi, daşınma əməliyyatlarının optimallaşdırılması,maliyyəyə vəsaitlərinə nəzarət, qısa bir zamanda lazımi hesabatların əldə edilməsi və s.

Bu yöndə hal hazırda bir çox müəssisə və dövlət qurumlarının ERP sisteminə marağı artmışdır .Bəziləri onların işini tam görə bilməyən ERP sistemlərini yeniləməklə, digərləri isə müəssisəsini sıfırdan avtomatlaşdırmaqla diqqət çəkir.

Ətraflı: http://www.bmsgl.com

Bu bölməyə aid digər xəbərlər.