Partnyorlar » "Facemark.az" saytı bu il də "Cristal Festival"ın media partnyoru oldu
Tarix : 2015-11-06 12:11:06 | Baxılıb : 617
Font Ölçüsü:   |  

2015-ci ilin Dekabr ayının 9-13 tarixlərində Fransa, Courcheveldə media və kommunikasiya üzrə beynəlxalq festival Cristal Festival keçiriləcək. Cristal Festival öz işlərini beynəlxalq markalara təqdim etmək və ən yüksək səviyyədə peşəkar təcrübəni paylaş üçün reklam və media sahəsində olan həmkarlar ilə görüşmək üçün unikal imkan təqdim edir. 2014-cü ildə festivalda 35 ölkədən 1100 nümayəndə iştirak etmişdi və hər il ünsiyyət səhər yeməyi, nahar, axşam yeməyi, kokteyl və şənliklər çərçivəsində davam edir. Courcheveldə keçirilən "Cristal Festival"ın bir hissəsi olmaq və öz təcrübənizi həmkarlarınız ilə bölümək istəyirsinizsə o zaman festivalda iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçin.

Cristal Festivalda iştirak etmək üçün: http://www.cristal-events.com/register/cristalfestival/

Crystal Academy üzvlüyünə akkreditasiya üçün: http://www.cristalfestival.com/en/attend/

Xatırladaq ki, "Facemark.az" saytı bu il də "Cristal Festival"ın media partnyoru oldu.

Bu bölməyə aid digər xəbərlər.