Partnyorlar » "Facemark.az" saytı "ADFEST 2016"nın media partnyoru oldu
Tarix : 2015-11-12 13:06:28 | Baxılıb : 689
Font Ölçüsü:   |  

16 – 19 Mart tarixlərində Pattaya, Taylandda 19-cu ADFEST festivalı keçiriləcəkdir. "Yaradıcı Zəka" mövzusu ilə, "ADFEST 2016"nın iştirakçıları fərqli düşünməyi və problemlərin öhdəsindən yeni və gözlənilməz yollarla gəlməyi öyrənəcəklər. ADFEST Prezidenti Jimmy Lam qeyd edir ki, "Yaradıcı zəka texnoloji innovasiyaların köməyi ilə sürətlə dəyişən dünyada daha yaxşı həllər tapmağı özündə əks etdirir". "Bizim sənayenin yalnızca informasiyanı emal edən və datanı xırda hissələrə bölənlərə deyil, eyni zamanda hekayə anladıb şüurları məşğul edən insanlara ehtiytacı var. "ADFEST 2016"nın əsas məqsədi də məhz budur. Festival iştirakçıları yaradıcı zəkanı necə işlətməyi öyrənəcəklər".

ADFEST 2016 Lotus mükafatları üçün işləri indi www.ADFEST.com saytında qeydiyyatdan keçirmək olar. İşlərin qəbulu üçün son tarix 15 Yanvar 2016-cı il tarixidir. Yalnızca aşağıdakı 6 bölmə üçün işlərin qəbulu 8 Yanvar 2016-cı il tarixidir. Bu bölmələr bunlardır: digər filmlər, radio Lotus, interaktiv Lotus, mobil Lotus, integrə olunmuş Lotus və İNNOVİA Lotus.

Xatırladaq ki, "Facemark.az" saytı "ADFEST 2016"nın media partnyoru oldu.

Bu bölməyə aid digər xəbərlər.